İlham Əliyev Qırğızıstanla imzalanmış sənədlərin əhəmiyyətindən DANIŞDI

İlham Əliyev Qırğızıstanla imzalanmış sənədlərin əhəmiyyətindən DANIŞDI
24 Apr 2024 15:43

“Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuat bəyanatında bildirib.

İkitərəfli sənədlərin imzalanmasının önəmini qeyd edən dövlət başçısı vurğulayıb ki, bu sənədlər bir çox halda ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək. 

“Onlardan hər biri böyük əhəmiyyət kəsb edir. Sadır Nurqujoyeviçlə imzaladığımız birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm”, - deyə Prezident İlham Əliyev əlavə edib.


4 May 2024
Siyasət

Azərbaycanın Baş naziri gələn həftə Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.

4 May 2024
Siyasət

Beynəlxalq səyyahlar Cocuq Mərcanlı kəndinə səfər ediblər - YENİLƏNİB + FOTO

Beynəlxalq səyyahlar Xudafərin körpüsündən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinə səfər ediblər.

4 May 2024
Siyasət

Sərhədçilərimiz 3751 metr hündürlükdə - FOTO/VİDEO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycanın memarı və qurucusu, Milli Sərhəd Strategiyasının banisi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramı olaraq Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil ediblər.

4 May 2024
Siyasət

Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar

Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.