Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”

Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”
28 Apr 2024 12:05

“Bu gün Azərbaycanın dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də Qırğızıstan Respublikasıdır. Aprelin 24-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu deməyə əsas verir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, hər iki ölkənin Prezidentlərinin mətbuata verdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaş dövlətlər olduğu xüsusi vurğulandı. “Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə ölkələr arasında münasibətlərin intensivləşdirmək əzmində olduqlarını bildirdilər. Bu isə o deməkdir ki, bu gün Azərbaycan-Qırğızıstan münasibətləri həqiqətən də artıq keyfiyyətcə tamamilə yeni bir səviyyəyə çatıb. İki ölkə arasında imzalanmış mühüm sənədlər, xüsusilə “Azərbaycan Respublikası və Qırğızstan Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı” və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” Azərbaycan və Qırğızıstan münasibətlərinin həqiqətən də yeni, daha yüksək mərhələyə yüksəldiyini deməyə tam əsas verir. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq göstərdi ki, bu gün hər iki ölkənin energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropa marşrutu isə təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli olmalıdır. Bütün bunlar Azərbaycan – Qırğızıstan əməkdaşlıq əlaqələrinə böyük perspektivlər vəd edir.”

K.Qafarov daha sonra ölkələrimiz arasında mədəni əlaqələrin əhəmiyyətindən bəhs edərək deyib: “Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətlərində mədəni əlaqələr xüsusi yer tutur. Bu günlərdə Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri də bunu bir daha nümayiş etdirdi. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı da böyük mədəni hadisədir. Abidənin açılışında çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, Çingiz Aytmatov dünya şöhrətli yazıçı, qırğız xalqının həyatı boyu Sovet İttifaqı məkanında, eləcə də dünya miqyasında ölkəsini layiqincə təmsil etmiş böyük oğludur. O, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır. Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir”

12 May 2024
Siyasət

Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”

“İşğaldan azad olunmuş Şuşa ilk sakinlərini bütün Azərbaycan xalqı üçün son dərəcə əlamətdar bir gündə qəbul etdi. May ayının 10-da, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə Ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Bu gözəl tarixi hadisə münasibətlə şuşalıları təbrik edən dövlət başçısı sakinlər qarşısında çıxış edərək bir daha bildirdi ki, 2003-2020-ci illər ərzində torpaqlarımızı işğaldan azad etmək və bütün keçmiş köçkünləri öz doğma yurdlarına qaytarmaq üçün ciddi hazırlıq işləri aparıldı, ölkənin iqtisadiyyatı gücləndirildi, möhtəşəm ordu potensialı yaradıldı. Torpaqlarımızı öz canı-qanı bahasına azad edən gənc nəsil yetişdirildi. Azərbaycan xalqı göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq sayəsində bütün dünya xalqlarının hörmətini qazanıb.”

10 May 2024
Siyasət

İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub.

10 May 2024
Siyasət

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

10 May 2024
Siyasət

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak edib.

10 May 2024
Siyasət

İqtisadiyyat Nazirliyi Heydər Əliyevin xatirəsini yad edib - FOTO

Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.