Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin müxtəlif mədəniyyətlərin nümayəndələri arasında əlaqələrin qurulması işinə töhfə verdiyi qeyd olunub.
Söhbət zamanı Azərbaycan-Pakistan əlaqələrinə toxunularaq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif məsələlərlə bağlı Azərbaycanın və Pakistanın daim bir-birini dəstəkləməsinin önəmi vurğulanıb.
Görüşdə ulu öndər Heydər Əliyevin Pakistana səfərinin ölkələrimiz arasında əlaqələrin təməlini qoyduğu qeyd edilib və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyev Şahin Vaqif oğlu Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.