Türkiyənin Marmaris şəhərində "Kurtaran-2024" hərbi təlimləri keçirilib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 24-30 aprel tarixlərində keçirilən təlimdə Türkiyə ilə yanaşı, Azərbaycan, ABŞ, Banqladeş, Bəhreyn, Bolqarıstan, Braziliya, Mərakeş, Cənubi Afrika Respublikası, Niderland, Malayziya, Misir, Mozambik, Pakistan, Səudiyyə Ərəbistanı, Tailand və Omandan da 40 müşahidəçi və zabit iştirak edib.
Türkiyənin dəniz, hava, sahil və quru qoşunlarının iştirak etdiyi təlimə silahlı dronlar (SİHA) da daxil olmaqla, 90-a yaxın uçuş aparatının cəlb olunduğu qeyd edilib.
Prezident İlham Əliyev "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.
"Özbəkistan Azərbaycan sahibkarları üçün vacib bazara çevrilib".