Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
01 May 2024 09:01

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək.

Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır.

QMİ rəsmisi bildirib ki, Azərbaycandan Həcc ziyarətinə ayrılan 1 500 nəfərlik kvotanın dolmasına az qalıb.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb.

Ziyarətin bir nəfər üçün qiyməti 5 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.


21 May 2024
Cəmiyyət

Azərbaycan Çinə fındıq ixrac etməyə hazırlaşır

Azərbaycandan Çinə fındıq ixracı məqsədilə qarşılıqlı protokolların imzalanması üçün danışıqlar davam etdirilir.

21 May 2024
Cəmiyyət

İmtahan nəticələri açıqlandı - bir nəfər yüksək nəticə göstərib

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

21 May 2024
Cəmiyyət

Ceyhun Bayramovla Əli Baqiri Kani arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani arasında telefon danışığı olub.

21 May 2024
Cəmiyyət

Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib

Azərbaycanda ilk dəfə təşkil olunacaq Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib.