Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır

Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır
01 May 2024 09:48

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır.

Oxu.Az xəbər verir ki, sənəd qəbulu elektron qaydada bu gündən başlayıb sentyabrın 13-nə qədər davam edəcək.

Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq.

Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may-30 may tarixlərində təşkil ediləcək.

Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək.

Qeyd edək ki, bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklər tətbiq olunacaq.

Həmin yeniliklər aşağıdakılardır:

Bu il valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq olunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumat əldə edə biləcəklər. Valideynlər (qanuni nümayəndə) bu linkə daxil olaraq Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsil müəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumat əldə edə bilər.

Bundan başqa, mayın 1-dən valideynlər mektebeqebul.edu.az saytında yaratdıqları şəxsi kabinetin “ərazi yoxlanışı” bölməsində “Azərişığ”ın abunə kodunu yazaraq həmin əraziyə uyğun gələn məktəblər haqqında məlumat əldə edə biləcəklər. Yaşayış sıx olan ərazilərdə prioritetlərin tətbiqi valideynlərin məktəb seçimini asanlaşdırır.

Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda üstünlük hüququ əsasında yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər. Müsabiqədən uğur qazandığı halda, digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcək.


21 May 2024
Cəmiyyət

32 ildən sonra nəşi tapılan şəhidimizin qızı: "Atamla fəxr edirəm"

25 yaşında könüllü şəkildə Qarabağ uğrunda döyüşlərə getdi".

21 May 2024
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

21 May 2024
Cəmiyyət

Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü haqında danışıb.

21 May 2024
Cəmiyyət

Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Xasiyev Elşən Nəzərəli oğlunun nəşi bu gün ailəsinə təhvil verilib.

21 May 2024
Cəmiyyət

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Şuşada "Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir" adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.