İndoneziyada Ruanq vulkanında püskürmənin davam etməsi səbəbindən bölgədəki 12 min sakin təxliyə edilib.
İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzinin açıqlamasına görə, vulkanda ən azı üç şiddətli partlayış olub, nəticədə yaranan kül buludları beş min metr hündürlüyə qalxıb və min kilometr ərazini əhatə edib.
Qeyd olunub ki, vulkan püskürmələri nəticəsində ətrafa yayılan kül səbəbindən hava nəqliyyatında ciddi problemlər yaşanıb və bölgədəki yeddi hava limanında uçuşlar tamamilə dayandırılıb.
Səlahiyyətli qurumların xəbərdarlığında, həmçinin vurğulanıb ki, vulkanın püskürdüyü küllər Malayziyaya doğru istiqamətlənib.
“Hizbullah” partiyasının silahlı qüvvələri 24 saat ərzində, 120 kilometrlik sərhəd boyu İsrail ərazisini atəşə tutub və Colan təpələrində bir neçə dəfə hərbi hədəflərə hücum edib.
Fransanın Baş naziri Qabriel Attal etirazları yatırmaq üçün Yeni Kaledoniyaya əlavə min jandarm göndərilməsi barədə qərarını açıqlayıb.
Yeni Kaledoniyada iğtişaşlardan dəyən ziyan 150 milyon avro (276,6 milyon manat) olaraq qiymətləndirilir.