Mikayıl Cabbarov: "Özbəkistandan Azərbaycana yükdaşımaların həcmi 1 milyon tona çatdırılacaq"

Mikayıl Cabbarov: "Özbəkistandan Azərbaycana yükdaşımaların həcmi 1 milyon tona çatdırılacaq"
02 May 2024 17:27

Özbəkistandan 2024-cü ilin birinci rübündə Azərbaycana avtomobil və dəmir yolu ilə 300 min tondan çox müxtəlif yük daşınıb.

"Report" Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənd İnvestisiya Forumu çərçivəsində deyib.

“Özbəkistandan 2024-cü ilin ilk üç ayında Azərbaycana bütün nəqliyyat növləri ilə 300 mindən çox müxtəlif növ yük daşınıb. Bu rəqəmin ildə 1 milyon tona çatacağı gözlənilir. Nəqliyyat əlaqələri ölkələrimiz arasında ticarətin və əməkdaşlığın inkişafına töhfə verib”, - M.Cabbarov bu gün "Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan" panel sessiyasında çıxış edərkən deyib.

Nazir Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın nəqliyyat, investisiya, enerji və sənaye əməkdaşlığı kimi əsas istiqamətlərdə fəal inkişaf etdiyini qeyd edib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev isə çıxışında bildirib ki, mayın 21-də Quba şəhərində Azərbaycan və Özbəkistan arasında Regionlararası Forum keçiriləcək.


17 May 2024
Cəmiyyət

Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib, tapşırıqlar verib - FOTO

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev artilleriya bölmələri ilə keçirilən nümayiş döyüş atışlı taktiki təlimi izləyib.

17 May 2024
Cəmiyyət

Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO

Dağların qoynu ilə çəkilən Şuşa-Laçın yolu ilin bütün fəsillərində olduğu kimi, baharda da əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir. Şuşadan Laçınadək irəlilədikcə yolboyu açılan əsrarəngiz gözəlliklər - zümrüd meşələr, yaşıl yamaclar, dumandan örpək bağlayan qoca dağlar, rəngbərəng dağ çiçəkləri, saf dağ havası insanı valeh edir.

17 May 2024
Cəmiyyət

“Ağ çiçəyim”dən geriyə qalan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

Ötən gecə Bakıda bir neçə saat ərzində külə dönən məşhur gül mağazası “Ağ çiçəyim”in yanğından sonrakı görüntüləri yayılıb.

17 May 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 84 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

17 May 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.