Azərbaycanın “Avroviziya” təmsilçiləri açılış mərasimindən sonra təəssüratlarını bölüşüblər.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər İTV-nin efirində yayımlanıb.
“Avroviziya-2024” təmsilçimiz Fahree bildirib ki, bu il yarışmada gözəl mahnılar çoxdur, bir çox ifaçı ilə duet oxumaq istəyərəm.
Digər təmsilçimiz İlkin Dövlətov isə dəstəyi üçün xalqımıza təşəkkürünü bildirib.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, finalı isə 11 mayda olacaq.
Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.
Ətraflı süjetdə:
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib.
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.
Azərbaycana dövlət səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mayın 17-də ölkənin qurulmaqda olan ərazilərinə səfər edib.