Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq

Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
06 May 2024 16:41

Mayın 9-12-də Serbiyanın Novi Sad şəhərində keçiriləcək sambo üzrə böyüklər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birinciliklərində Azərbaycan 22 idmançı ilə təmsil olunacaq.

"Report"un məlumatına görə, onlardan 7-si böyüklər, 7-si gənclər, 8-i isə yeniyetmələr kateqoriyasında mübarizə aparacaqlar.

Böyüklər: Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Hacalı Qasımov (71 kq), Adil Adilzadə (79 kq), Ağani Məmmədov (88 kq), Rəsul Aydəmirov (98 kq), Sabir İsayev (+98 kq).

Gənclər: Murad Fətullayev (58 kq), Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq), Pünhan Göyüşov (79 kq), Sadiq Zeynallı (88 kq), Şahin Əsədov (98 kq), Orxan Məcidli (+98 kq).

Yeniyetmələr: İsmayıl Əlipənahov (53 kq), Ziyəddin Zeynallı (58 kq), Nicat Süleymanlı (64 kq), Mikayıl Əmirov (71 kq), Roman Qarayev (79 kq), Əli Əliyev (88 kq), Ramal Cavadov (98 kq), Hacbaba İmaməliyev (+98 kq).

Qeyd edək ki, yığmalara böyüklərdən ibarət milli komandanın baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət yığmanın "sükanı arxasında" olan Bəxtiyar Hacıyev rəhbərlik edəcək. 9-10 mayda Avropa çempionatı, 11-12 mayda isə Avropa birincilikləri baş tutacaq.


17 May 2024
İdman

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.

17 May 2024
İdman

İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Macarıstanın Eqer şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Finala gedən yolda Azərbaycan millisinin iki idmançısı da mübarizə aparıb.

17 May 2024
İdman

“Yeni dalğa 2024”ün finalına seçilən Azərbaycan təmsilçisi Vətənə qayıdıb - FOTO

Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev Vətənə qayıdıb.

16 May 2024
İdman

Avropa Çempionatında iştirak edəcək millimizin heyəti bəlli oldu

Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.