Bakı şəhəri Nizami rayonunda növbəti park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi - FOTO

Bakı şəhəri Nizami rayonunda növbəti park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi - FOTO
08 May 2024 09:53

Nizami rayonunda davam edən abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi küçəsi, 32A ünvanındakı park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi.

Abadlaşdırılan parkda azyaşlı uşaqlar üçün müxtəlif növ oyun elementlərindən ibarət meydança, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün idman qurğuları quraşdırıldığı idman meydançası yaradılıb. Bundan əlavə, ərazidə söhbətgahlar, oturacaqlar, tullantılar üçün qutular qoyulub.

Parkda elektrik sistemi yenidən qurularaq yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, səki və tamet daşları yenilənib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ərazidə yaşıllaşdırmanın və bioloji müxtəlifliyin artırılması məqsədilə parkın ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı 150 ədəd Eldar şamı, 147 ədəd kiparis və 4000-dən artıq müxtəlif növ kol əkilib.

 


17 May 2024
Cəmiyyət

Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib.

17 May 2024
Cəmiyyət

Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.

17 May 2024
Cəmiyyət

Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO

Azərbaycana dövlət səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mayın 17-də ölkənin qurulmaqda olan ərazilərinə səfər edib.

17 May 2024
Cəmiyyət

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

Bizim bir neçə kollecimiz var ki, işğal zamanı köçürülmüşdü.

17 May 2024
Cəmiyyət

Cavanşir körpüsü sökülür - RƏSMİ - FOTO

20 may saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.