Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub

Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
08 May 2024 11:52

Uzun fasilədən sonra Rusiyanın raketdaşıyan gəmiləri yenidən Qara dənizə daxil olub.

Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.

“Hazırda Qara dənizdə “Kalibr” qanadlı raketlərini daşıyan iki Rusiya gəmisi var”, - Ukrayna HDQ-nin məlumatında qeyd olunub.

Ukrayna tərəfi iddia edir ki, Rusiya 1974-cü il noyabrın 1-də qəbul olunmuş Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiyanın müddəalarını pozur.


17 May 2024
Dünya

Slovakiyanın Baş naziri yenidən əməliyyat olunub

Slovakiyanın Baş naziri Robert Fitso mayın 17-də əməliyyat olunub, lakin onun vəziyyəti ağır olaraq qalır.

17 May 2024
Dünya

Nikaraquada vulkan püskürdü: Kül buludu sərhəd bölgələrə yayılır - FOTO/VİDEO

Nikaraquanın paytaxtı Manaquanın cənub-şərqindəki Ometepe adasında yerləşən Konsepsyon vulkanı püskürüb və təxminən 2 km hündürlüyündə kül sütunu havaya qalxıb.  

17 May 2024
Dünya

Hindistanda azı 12 nəfər ildırım vurması nəticəsində həyatını itirib - FOTO

Hindistanın şərqindəki Qərbi Benqal ştatında ildırımın vurması nəticəsində azı 12 nəfər həyatını itirib.

17 May 2024
Dünya

Danimarka Ukraynaya hərbi yardım göndərəcək

“Danimarka Ukraynaya 750 milyon avro dəyərində yeni hərbi yardım göndərəcək”.