Badmintonçularımızdan Ankarada 9 medal - FOTO

Badmintonçularımızdan Ankarada 9 medal - FOTO
11 İyun 2024 11:18

Azərbaycan millisi Türkiyənin paytaxtı Ankarada “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”ndə 9 medal qazanıb.

İdman.biz xəbər verir ki, yarışın son oyun günündə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.

5 kateqoriyadan 4-də finalda təmsil olunan badmintonçularımız 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.

Kişi badmintonçuların şəxsi yarışında həlledici qarşılaşmada milli komandamızın lideri Edi Reski Dviçayo digər təmsilçimiz Diki Pangestuya qalib gəlib.

Edi-Diki tandemi kişi badmintonçuların qoşa yarışında da bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ilk pilləsində yer alıb.

Qarışıq qoşa kateqoriyasında yarışan Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra turniri gümüş medalla başa vurub. Keişa daha bir gümüş medalı qadın badmintonçuların şəxsi yarışında millimizin hesabına yazdırıb.

Bundan əlavə, Era Maftuha qadın badmintonçuların şəxsi yarışında, Diki Pangestu-Era Maftuha qarışıq qoşa, Leyla Camalzadə-Həcər Nuriyeva və Era Maftuha-Keişa Fatimə Zəhra qadınların qoşa mübarizəsində bürüncə yiyələnib.
Azərbaycan Badminton Fedarasiyasının prezidenti Taleh Ziyadov fəxri qonaq qismində “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”nin təltifetmə mərasimində iştirak edib.

Qeyd edək ki, türkdilli dövlətlər arasında ilk beynəlxalq turnir ötən il ölkəmizdə baş tutub. Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən yarışda ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan badmintonçuları iştirak edib. Badmintonçularımız isə bu il olduğu kimi 2023-cü ildə də 9 medala sahib olub.



14 İyun 2024
İdman

Azərbaycan millisi dünya çempionatında üçüncü qələbəsini qazanıb

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatında üçüncü qələbəsini qazanıb.

13 İyun 2024
İdman

Bakıda şahmat üzrə ölkə çempionatı keçirilib

Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla şahmat üzrə 8, 10, və 12 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatı keçirilib.

12 İyun 2024
İdman

Azərbaycan millisi dünya çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan millisi çövkən üzrə dünya çempionatında növbəti qələbəsini qazanıb.

12 İyun 2024
İdman

Avropa çempionatında iştirak edəcək Azərbaycanın yeniyetmə cüdoçularının adı açıqlanıb

İyunun 27-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan 19 cüdoçu ilə təmsil olunacaq.

12 İyun 2024
İdman

Abituriyentlərin NƏZƏRİNƏ: Nəticələr elan olundu

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.