Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Fərmanla "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı" təsdiq edilib.
Bundan başqa, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı" da təsdiq edilib.
Prezidentin Mətbuat Xidməti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdərə rayonuna səfərindən videoçarx paylaşıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayrampv Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım edib.
Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.