İlham Əliyev Vladimir Putinə məktub göndərdi

İlham Əliyev Vladimir Putinə məktub göndərdi
11 İyun 2024 15:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

"Sizi və Sizin şəxsinizdə Rusiyanın bütün dost xalqını dövlət bayramı – Rusiya Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Xalqlarımız arasında uzun əsrlər ərzində formalaşmış möhkəm dostluq və mehriban qonşuluq ənənələri Azərbaycan ilə Rusiyanın münasibətlərinin uğurlu və ardıcıl inkişafının etibarlı əsasıdır. Biz strateji müttəfiqlik xarakteri daşıyan Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əldə olunmuş səviyyəsini yüksək qiymətləndiririk.

Bu gün bizim ikitərəfli gündəliyimizdə əməkdaşlığın demək olar ki, bütün sahələrini əhatə edən və şübhəsiz, həyata keçirilməsinin təkcə ölkələrimizə və xalqlarımıza deyil, həm də bütövlükdə regionun rifahına xidmət edən məsələlərin geniş spektri yer alır.

Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri və dost ölkələrimizin maraqlarına cavab verən çoxplanlı qarşılıqlı fəaliyyət gələcəkdə də yüksələn xətlə səmərəli şəkildə inkişaf edəcək, yeni məzmun və birgə layihələrlə zənginləşəcək.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram".


19 Mar 2025
Siyasət

Arzu Əliyevadan Novruz bayramı münasibəti ilə paylaşım

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva Novruz bayramı münasibəti ilə xalqımızı təbrik edib.

19 Mar 2025
Siyasət

Elçin Əmirbəyov Braziliyada mühüm görüşlər keçirib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Braziliyaya işgüzar səfəri çərçivəsində Braziliya Milli Konqresinin üzvü Altino Kortes, Braziliya Senatının Xarici Əlaqələr və Milli Müdafiə Komitəsinin sədri Nelsinyo Tradla görüşüb.

19 Mar 2025
Siyasət

Leyla Əliyeva Qırmızı qəsəbədə "Altı günbəz" sinaqoqunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qubadakı Qırmızı qəsəbədə "Altı günbəz" sinaqoqunda olub.