Azərbaycanda nikahın bağlanmasına mane olan halların dairəsi genişləndirilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsində aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.
Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb.
Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddəti bitən Belarusun səfiri Andrey Ravkov ilə görüşüb.
Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.