Azərbaycan karateçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Open Georgia” beynəlxalq turnirində 3 medal qazanıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, turnirdə Azərbaycanı 6 idmançı təmsil edib.
"Qapıçıq” klubunun üzvləri ölkəmizin aktivinə 1 qızıl, 2 gümüş medal əlavə etdiriblər. Kumite yarışlarında iştirak edən Xədicə Bayramova (30 kq) 10-11 yaş kateqoriyasında rəqiblərini üstələyərək qızıl medal qazanıb. Nərgiz Həsənli (61 k) 14-15 yaş kateqoriyasında ikinci olub. Kata yarışlarında iştirak edən Kənan Qənbərov (+55 kq) isə 12-13 yaşlılar arasında ikinci yeri tutub.
Qeyd edək ki, iki gün ərzində keçirilən yarışda 9 yaş kateqoriyasında müxtəlif çəki dərəcələri üzrə idmançılar iştirak edib.
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Biləsuvar və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.
Azərbaycanda səfərdə olan karate ustası, 9-cu dan qara kəmər sahibi Hitoşi Kasuyanın rəhbərliyi ilə keçirilən XXXII Ümumrespublika seminarının açılış mərasimi keçirilib.
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün III turun oyunları keçiriləcək.
Qeyd edək ki, dünya çempionu, 8-qat "Qızıl top" mükafatçısı Lionel Messi və onun ABŞ-nin "İnter Mayami" klubundan olan komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra onlar Heydər Əliyev Mərkəzində olublar. Bakı səfərində Lionel Messi və dostlarını iş adamı Adnan Əhmədzadə müşayiət edib.