Elmi konfrans: Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni

Elmi konfrans: Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni
28 Mar 2019 11:56

Martın 28-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbirin təşkilatçıları AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyidir.

Konfransda giriş sözü ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli C.Cabbarlının milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən danışıb.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova görkəmli sənətkarin çoxşaxəli bədii və ictimai fəaliyyətindən danışıblar.

Konfransda “Azərbaycanda teatr fikrinin formalaşmasına C.Cabbarlının məqalələrinin təsiri”, “Ağılar və mərsiyələr padşahı: Cabbarlının pyeslərində diskursun təşkili üsulu”, “Azərbaycan teatrında Cəfər Cabbarlı fenomeni”, “Estetik ideal və bədii mahiyyət”, “Qadınların ayağının altındakı cənnət (“Almaz” filmində gender problemi)”, “Cəfər Cabbarlı dilinin sadəliyi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.


29 Okt 2019
Elmi

Xalq artisti Röya Ayxan BDU-da konsert verdi - VİDEO

Xalq artisti Röya Ayxan və Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim ediblər.

25 Sent 2019
Elmi

Nigeriyalı tələbə Azərbaycan dilini 5 günə öyrəndi - Video

Bu il Bakı Ali Neft Məktəbinə (BANM)  qəbul olmuş nigeriyalı tələbə Somtoçukvu Çidinmanın Azərbaycan dilində çıxışı maraqla qarşılanıb.

19 Sent 2019
Elmi

Alimlər: “Kosmik liftin yaradılması mümkündür”

Beynəlxalq alimlər qrupu müasir texnologiyalar vasitəsilə kosmik lift növlərindən birinin yaradılmasının mümkün olması iddiası ilə çıxış edib. Söhbət Yer kürəsi və Ayı birləşdirən “körpü”dən gedir.

6 Sent 2019
Elmi

Dərsliklərin Gürcüstanda azərbaycandilli məktəblərə çatdırılmasında səfirliyin nümayəndələri də iştirak edəcəklər

Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin azərbaycandilli məktəblərinə göndərilən dərs vəsaitlərinin təhsil müəssisələrinə çatdırılması prosesini diqqətdə saxlayacaq.

4 Sent 2019
Elmi

Aztəminatlı ailələrin birinci sinif şagirdləri Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.