Təhsillə bağlı yeni qanun layihəsi qəbul olundu

Təhsillə bağlı yeni qanun layihəsi qəbul olundu
29 Mar 2019 12:55

Azərbaycanda yeni hazırlanmış "Ümumi təhsil haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, 5 fəsil 33 maddədən ibarət olan "Ümumi təhsil haqqında" qanun layihəsinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.

Qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

Yeni qanun layihəsinin müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.


6 Sent 2019
Elmi

Dərsliklərin Gürcüstanda azərbaycandilli məktəblərə çatdırılmasında səfirliyin nümayəndələri də iştirak edəcəklər

Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin azərbaycandilli məktəblərinə göndərilən dərs vəsaitlərinin təhsil müəssisələrinə çatdırılması prosesini diqqətdə saxlayacaq.

4 Sent 2019
Elmi

Aztəminatlı ailələrin birinci sinif şagirdləri Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.

3 Sent 2019
Elmi

Diş minasını bərpa edən gel hazırlanıb

Çin alimləri kalsium fosfatın ən xırda hissəcikləri əsasında zədələnmiş diş minasını bərpa etməyə imkan verən xüsusi gel hazırlayıblar.

3 Sent 2019
Elmi

Peşə məktəblərinə sənəd qəbulu ilə bağlı MÜHÜM XƏBƏR

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-dək davam edəcək.

29 Avq 2019
Elmi

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə dörd gün müəyyən olunur

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək. Birinci yarımil oktyabrın 1-dən yanvarın 26-dək, ikinci yarım il isə fevralın 1-dən mayın 31-dəkdir.