56 min dollar təqaüd qazanan azərbaycanlı: "Demişdilər ki, heç vaxt təqaüd qazana bilməzsən"

56 min dollar təqaüd qazanan azərbaycanlı: "Demişdilər ki, heç vaxt təqaüd qazana bilməzsən"
19 Apr 2019 15:21

“Dünyanın bir neçə nüfuzlu ali təhsil müəssisələrinə sənədlərimi göndərən zaman çox əziyyət çəkdim. Bunların arasında Türkiyənin Sabancı Universitetini seçməkdə məqsədim vardı”.

Bu fikirləri “Report”a açıqlamasında Türkiyədə ali təhsil almaq üçün 56 min dollar təqaüd qazanan 17 yaşlı azərbaycanlı Yasin Quliyev deyib.

O qeyd edib ki, Amerikada qazandığı 4 universitetə sənədlərini özü yollamayıb: “Həmin universitetlərə sənədlərimi xarici təhsil şirkətlərindən biri yollamışdı. Ödənişlər isə həddindən artıq çox idi. Mən şərtləri belə düşünmürdüm. Həmin universitetlərdən, demək olar ki, təqaüd qazana bilmədim. Təxminən, çox az, yəni 10-15 faiz təqaüd qazandım. Bu da həmin təhsil şirkətinin səhvi idi. Ona görə də xaricdə təhsil şirkətlərinə inanmaq lazım deyil və bununla bağlı da sosial şəbəkədəki hesabımda ayrı status yazacağam”.

Y.Quliyev bildirib ki, ali təhsil müəssisələrinə sənədləri abituriyentlər özləri göndərməlidir: “Çünki tələbəni özündən yaxşı tanıyan yoxdur. Ona görə də mən gecikmişdim. Qərara gəldim ki, atamla birlikdə İstanbula gedək. Sabancı Universitetinin professor heyəti qarşısında bir saatlıq özüm haqqında təqdimat etdim. Həmin anda mənə dedilər ki, sənin 72%-lik təqaüd və yataqxana xərclərinin hamısını qarşılayacağıq.

Dünən də mənə universitetdən cavab göndərildi. Halbuki təhsil şirkətlərindən mənə demişdilər ki, heç vaxt təqaüd qazana bilməzsən. Hətta 5 faizlik belə təqaüd qazanmayacaqsan. Tələbələrə müraciət edirəm ki, xarici təhsil şirkətlərinə inanmasınlar. Pul alıb sadə tələbə kimi qeydiyyatdan keçirirlər və sonradan onlar hər hansı bir təqaüd qazana bilmirlər. Sentyabrdan dərslər başlayacaq. Hesab edirəm ki, sənəd işlərimi gələn həftə üçün tam yekunlaşdıracağam”.

Qeyd edək ki, Y.Quliyev təhsilini Sabancı Universitetində "Kompüter mühəndisliyi" bölümündə davam etdirəcək.

Xatırladaq ki, 17 yaşlı azərbaycanalı "Ankara məktəbi" məktəb-liseyi, “İstək” liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.

Realpress.az


6 Sent 2019
Elmi

Dərsliklərin Gürcüstanda azərbaycandilli məktəblərə çatdırılmasında səfirliyin nümayəndələri də iştirak edəcəklər

Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin azərbaycandilli məktəblərinə göndərilən dərs vəsaitlərinin təhsil müəssisələrinə çatdırılması prosesini diqqətdə saxlayacaq.

4 Sent 2019
Elmi

Aztəminatlı ailələrin birinci sinif şagirdləri Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.

3 Sent 2019
Elmi

Diş minasını bərpa edən gel hazırlanıb

Çin alimləri kalsium fosfatın ən xırda hissəcikləri əsasında zədələnmiş diş minasını bərpa etməyə imkan verən xüsusi gel hazırlayıblar.

3 Sent 2019
Elmi

Peşə məktəblərinə sənəd qəbulu ilə bağlı MÜHÜM XƏBƏR

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-dək davam edəcək.

29 Avq 2019
Elmi

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə dörd gün müəyyən olunur

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək. Birinci yarımil oktyabrın 1-dən yanvarın 26-dək, ikinci yarım il isə fevralın 1-dən mayın 31-dəkdir.