Pediatr: Uşağın gec yeriməsindən narahat olmaq lazım deyil

Pediatr: Uşağın gec yeriməsindən narahat olmaq lazım deyil
22 Apr 2019 13:27

Atalar "Uşaq yıxıla-yıxıla böyüyər" deyiblər. Ona görə də təzə yeriməyə başlayan, uşağın büdrəməsindən, stuldan, divardan tuta-tuta gəzməsindən, hətta bir qədər gec yeriməsindən qətiyyən narahat olmaq lazım deyil.

Əsas odur ki, addım atsın. Addımlar nə vaxtsa yerişə çevriləcək!

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a müsahibə verərkən deyib: "Uşağı tez yeritməyə çalışmaq onun sümüyündə deformasiyalara səbəb olur. Xüsusilə ağır çəkili uşaqlarda yastıpəncəlik problemi yarana bilər. Onurğada müəyyən əyriliyə, deformasiyaya, kefoz, skolioz, onurğanın önə və arxaya əyilməsi baş verə bilər. Eləcə də vaxtından qabaq ayaq üstə duran və yeriyən uşaqların bud-çanaq oynağında sürtülmələr əmələ gələ bilər".

Həkimin dediyinə görə, 8-9 ayına çatmayan uşaqları nəinki yeritmək, hətta ayaq üstə qoymaq da olmaz. Uşağın tez və ya gec yeriməsi onun ayaq üstə qoyulmasından asılı deyil: "Bəzən bir yaşına çatmış uşaq tam sağlam olmasına baxmayaraq yerimir. Hər bir uşaq orqanizminin yeriməyə hazır olmaq vaxtı var. Orqanizm yeriməyə hazırdırsa, uşaq özü qalxıb yeriyəcək. Uşaq təxminən 10-11 aylığından addım atmağa başlayır və təxminən 1 yaşında heç yerdən tutmadan bir neçə addım atır".

Həmin proses 1 yaş 8 aylığına qədər davam edə bilər. Əgər uşaq 2 yaşı tamam olmasına baxmayaraq yerimirsə, bu, tibdə patologiya sayılır. Nevroloq və ya pediatr onun səbəblərini aşkar etməlidir. Bəzən doqquz aylıq uşaqların yeriməsi onda əzələ qıcıqlanmasının yüksək olması, sümüklərin inkişafı və genetik səbəblərlə əlaqədardır. Əzələ hissiyyatı olan uşaqlar tez ayaq üstə dayanır, lakin ayaqlarını tam yerə qoymur və barmaq uclarında dayanır. Gimnastik hərəkətlər və masajla həmin halı aradan qaldırmaq mümkündür.

Realpress.az


20 Sent 2019
Səhiyyə - Sağlamlıq

Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

Böyrəklər hormon istehsalı və qanın kimyəvi tarazlığına görə, cavabdehlik daşıyan əsas orqandır. Orqanizmin çirklənməsi zamanı böyrəklərdə selik, qum və daşlar yaranır.

20 Sent 2019
Səhiyyə - Sağlamlıq

Ağızda quruluğun 7 səbəbi - Çıxış yolu

Ağızda quruluq, dilin-dodağın quruması 2 səbəbdən normal hesab edilə bilər: susuzluq və ya stress, həyəcan.

19 Sent 2019
Səhiyyə - Sağlamlıq

Bu sadə üsul infarkt və insultun riskini 2 dəfə azaldır. Həkimsiz və dərmansız!

Bütün dünyada əsas ölüm səbəbi ürək-damar xəstəlikləri və xüsusilə infarkt və insult sayılır.

19 Sent 2019
Səhiyyə - Sağlamlıq

Bu dərman hamilələrə zərərlidir – Uşağın beyninə təsir edir

Qızdırmasalıcı və ağrıkəsici kimi məşhur olan parasetamol dərmanı hamilə qadınlarda dölün inkişafına mənfi təsir göstərir.

19 Sent 2019
Səhiyyə - Sağlamlıq

Adi soyuqdəymə ilə səhv salınan TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR

Soyuqdəymənin əsas simptomlarını hamı bilir: hərarətin yüksəlməsi, zəiflik, üşümə, baş, əzələ ağrıları, boğaz ağrısı.