Məktəbli çantasının çəkisi nə qədər olmalıdır? - Ölkəmizin əməl etmədiyi BEYNƏLXALQ NORMA

Məktəbli çantasının çəkisi nə qədər olmalıdır? - Ölkəmizin əməl etmədiyi BEYNƏLXALQ NORMA
04 May 2019 11:15

Məktəbyaşlı uşaqların son illər sağlamlığı, orqanizmi üçün problemə çevrilən, valideynlərin narahatlığına səbəb olan və artıq Milli Məclis səviyyəsində müzakirə mövzusuna çevrilən məktəb çantalarının ağırlığı məsələsi hələ də gündəmdədir.

Problemin növbəti tədris ilində Təhsil Nazirliyi tərəfindən həll olunması gözlənilir.

Medicina.az məktəbli çantalarının beynəlxalq tələblərə görə, hansı çəkidə, ağırlıqda olmasını araşdırıb. Məlum olub ki, dünyada belə bir norma var və bu normaya qonşu ölkələrimiz, hətta Rusiya da əməl edir. Azərbaycan isə nədənsə bu normanı görməzdən gəlir.

Uşaqların çantası və hər bir dərsliyin çəkisi onların yaşına görə təyin olunur və bundan artıq çəki yolverilməz hesab edilir.

Həmin normanı siniflər üzrə təqdim edirik:

I-II sinif şagirdləri üçün - 1,5 kq

III-IV sinif şagirdləri - 2 kq

V-VI sinif şagirdləri- 2,5 kq

VI-VIII sinif şagirdləri -3,5 kq

Yuxarı siniflərdə - 4 -4,5 kq

Hər bir dərsliyin maksimal çəkisi:

İbtidai siniflərdə:  300 qr

V-VI siniflər üçün: 400 qr

VII-IX siniflər üçün: 500 qr

Yuxarı siniflər üçün: 600 qr

Qeyd: ümumilikdə çanta hər uşağın çəkisinin 10% qədərində olmalıdır.

Bu həddi keçmək sağlamlıq üçün təhlükəlidir.

Azərbaycanda isə bu normaya ümumiyyətlə əməl edilmir. Bir maraqlı məqam da ondan ibarətdir ki, siniflər üzrə çəki nisbəti tam tərsinədir. Belə ki, aşağı siniflər məktəbə özlərindən ağır çantada bir tədris günü üçün 4-6 dərslik, əlavə gündəliklər, iş dəftərləri daşıdığı halda, yuxarı sinif şagirdləri əllərində cəmi 1-2 kitabla dərsə gedir.


20 Sent 2019
Səhiyyə - Sağlamlıq

Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

Böyrəklər hormon istehsalı və qanın kimyəvi tarazlığına görə, cavabdehlik daşıyan əsas orqandır. Orqanizmin çirklənməsi zamanı böyrəklərdə selik, qum və daşlar yaranır.

20 Sent 2019
Səhiyyə - Sağlamlıq

Ağızda quruluğun 7 səbəbi - Çıxış yolu

Ağızda quruluq, dilin-dodağın quruması 2 səbəbdən normal hesab edilə bilər: susuzluq və ya stress, həyəcan.

19 Sent 2019
Səhiyyə - Sağlamlıq

Bu sadə üsul infarkt və insultun riskini 2 dəfə azaldır. Həkimsiz və dərmansız!

Bütün dünyada əsas ölüm səbəbi ürək-damar xəstəlikləri və xüsusilə infarkt və insult sayılır.

19 Sent 2019
Səhiyyə - Sağlamlıq

Bu dərman hamilələrə zərərlidir – Uşağın beyninə təsir edir

Qızdırmasalıcı və ağrıkəsici kimi məşhur olan parasetamol dərmanı hamilə qadınlarda dölün inkişafına mənfi təsir göstərir.

19 Sent 2019
Səhiyyə - Sağlamlıq

Adi soyuqdəymə ilə səhv salınan TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR

Soyuqdəymənin əsas simptomlarını hamı bilir: hərarətin yüksəlməsi, zəiflik, üşümə, baş, əzələ ağrıları, boğaz ağrısı.