Neyroşəbəkə real olmayan insanların animasiyalı təsvirlərini yaradır

Neyroşəbəkə real olmayan insanların animasiyalı təsvirlərini yaradır
10 May 2019 11:44

Kiot Universitetinin "DataGrid" startapı real insanlardan fərqlənməyən hərəkətli adamların təsvirlərini yaratmağa imkan verən ilk süni intellekt yaradıblar.

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, məlumata görə, bir müddət əvvəl mütəxəssislər tərəfindən mövcud olmayan insan sifətlərinin realistik təsvirlərini generasiya edən süni intellekt yaradılsa da, bu dəfə əsas diqqət bütün insan bədənini modelləşdirərək onu animasiya edən alqoritmlərin hazırlanmasına yetirilib. Nəticədə hazırlanan süni intellekt sistemi dünyada ilk dəfə insan obrazları icad edərək hər detalı, o cümlədən geyim və pozanı nəzərə alıb.

Bildirilir ki, saxta modellər generativ mübahisəli şəbəkə kimi tanınan qoşa süni intellekt sistemi tərəfindən yaradılıb. Dərin kompüter təlimi sistemində bir neyroşəbəkə komponenti daim insan təsvirlərini generasiya etdiyi halda digəri saxta şəkilləri real insan təsvirlərindən seçməyə çalışır. Çoxsaylı real model təsvirləri vasitəsilə təlimdən sonra ilk süni intellekt onun həmkarı kompüter təsvirini realdan fərqləndirənədək saxta şəkilləri generasiya və təkmilləşdirməyə başlayır. Sistem yüksək təsvir ölçüsünə malik hazır material ərsəyə gətirir. Mütəxəssislərin fikrincə, neyroşəbəkə müxtəlif sahələrdə tətbiq oluna, o cümlədən geyim reklamı üçün virtual modellər yarada bilər.

Realpress.az


20 Sent 2019
Maraqlı

27 dəqiqə ölən qadın o dünya haqqında danışdı

Qadın 27 dəqiqə öldü və ayılandan sonra nə baş verdiyi haqqında danışdı.

20 Sent 2019
Maraqlı

Mobil telefonlar beyin xərçəngini yaradırmı?

Son zamanlar bütün dünyada beyin xərçəngi artmaqdadır. Bəzi mütəxəssislər bunu qəcetlərdən uzun müddət ərzində istifadə etməsi ilə əlaqələndirir.

20 Sent 2019
Maraqlı

Ateist alim o dünyanın olduğunu təsdiqlədi — MARAQLI SƏBƏB

Rusiyalı məşhur ateist fizik Vladimir Efremov o biri dünyanın olduğunu təsdiqləyib.