Bakı Ali Neft Məktəbində ikili diplomlu yeni MBA proqramı tədris ediləcək

Bakı Ali Neft Məktəbində ikili diplomlu yeni MBA proqramı tədris ediləcək
13 May 2019 16:30

Azərbaycanda ilk dəfə ikili diplomlu Neft və Qaz Menecmenti üzrə yeni MBA proqramı tədris ediləcək.

Realpress.az xəbər verir ki, tədris proqramı Bakı Ali Neft Məktəbinin (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə yenicə imzaladığı Əməkdaşlıq Razılaşmasına əsaslanıb. Yeni MBA Proqramı 2019-cu ilin sentyabrında ilk tələbələrini qəbul edəcək və tədrisin sonunda tələbələr hər iki universitetin diplomlarını alacaq.

BANM-in rektoru Elmar Qasımov bildirib ki, yeni MBA proqramı çərçivəsində yeni fənlər tədris olunacaq: "Tələbələr bizim Ali Məktəbdə dünyanın ən nüfuzlu biznes məktəblərindən biri GBS-in tədris proqramı üzrə ingiliscə təhsil alacaq. Burada qazanılan yeni biliklər və ikili diplomla gələcək məzunlara dünyanın nüfuzlu şirkətlərində yaşıl işıq yanacaq".

GBS-in Kampus rektoru Mark Hatton deyib ki, biznes mühiti nə tələb edirsə, tədris proqramları davamlı olaraq ona uyğun yenilənir və tələbənin əsl biznes sahəsinin meneceri kimi yetişməsi, biznesi daha yaxşı qavraması üçün hər cür dəstək verilir: 
"Bakalavr pilləsində sadəcə ixtisas fənlərinə önəm veririksə, magistratura pilləsində ixtisasın dərinləşməsi ilə yanaşı, tələbələrə sosial bacarıqlar, liderlik, strateji analiz və qazandıqları bilikləri biznesdə praktiki tətbiq etməyi öyrədirik".

Neft və Qaz Menecmenti üzrə yeni MBA tədris proqramı çərçivəsində tələbələrə neft-qazın treydinqi, rəqəmsal idarəetmə (digital menecment), blokçeyn menecment və digər müasir fənlər tədris olunacaq.


21 Apr 2020
Elmi

Qəbul imtahanları əvvəlki illərdəki kimi keçirilməyə bilər - RƏSMİ AÇIQLAMA

“Əgər şərait bizə imkan verərsə, qəbul imtahanlarını iki dəfə keçirə bilərik. Bizə müəyyən vaxtda həm buraxılış, həm də qəbul imtahanlarının keçirilməsi tapşırılarsa, o zaman ikinci imtahanlar olmayacaq”.

21 Apr 2020
Elmi

Məleykə Abbaszadədən yeni imtahan qrafikləri ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

“Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”. 

31 Mar 2020
Elmi

Təhsil Nazirliyi: Tələbələr bu fürsətdən mümkün qədər yararlanmalıdırlar

Tədris prosesinin dayandırıldığı müddətdə tələbə və şagirdlərə tədris proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə nazirlik tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb.

29 Mar 2020
Elmi

Bu gün birinci sinfə elektron qeydiyyat başlayır

Martın 29-da birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.

26 Mar 2020
Elmi

Teledərslərin sabahkı cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 27 mart üçün nəzərdə tutulan cədvəli açıqlanıb.