Məlum olduğu kimi "Android 9" ilə birgə naviqasiya düymələrini aktivləşdirən smartfon istehsalçıları naviqasiya çubuğunun funksiyalarını öz sistemləri ilə uyğunlaşdırırlar.
Realpress.az chip.az-a istinadən bildirir ki, "Android Q" ilə bu xüsusiyyət "standart" hala gətirilir. Bu istiqamətdə "Google" əsas telefon istehsalçıları ilə birlikdə işləyərək yeni bir naviqasiya çubuğu hazırlayıb. "Android Q" istifadəçiləri bu çubuğun köməyi ilə tətbiqlər arasında keçid edə və əsas ekran menyusuna birbaşa daxil ola biləcəklər.
"Google"un idarəçilərindən olan Allen Huang yenilənmiş naviqasiya çubuğu haqqında bəzi açıqlamalar verib. Naviqasiya çubuğunun istifadəçilər üçün daha səmərəli olacağını qeyd edərək vasitənin "Android"ə uyğun formada hazırlandığını bildirib.
Android Q ile Tüm Cihazlardaki Navigasyon Tuşları Standart Hale Gelecek, System.String[]
Bildiyiniz kimi Android telefonlarında mövcud olan naviqasiya çubuğu "Android Q" ilə müqayisədə fərqli və müxtəlifdir. Huang bu baxımdan istifadəçilərin alışqanlıqlarını dəyişdirməyin doğru olmadığını və bu dəyişikliyin "Android" lərə heç bir təsir göstərməyəcəyini ifadə edib:
"Əgər Android Q əməliyyat sisteminizi yeniləyərək istifadə etsəniz heç bir dəyişiklik olmadığını görəcəksiniz. Lakin Android Q əməliyyat sisteminə sahib olan yeni bir telefon alsanız parametrlər bölməsindən onu istifadə etmək istəyinizə uyğun olaraq düzəldə bilərsiniz"
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.