Narkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi - FOTO

Narkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi - FOTO
15 May 2019 14:07

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, əməyin təhlükəsizliyi üzrə mühəndis Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi başa çatıb.

Realpress.az Trend-ə istinadla xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Narkoloji Mərkəzdə yanğın törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədova ömürlük cəza verilib. Məhkəmənin hökmü ilə T.Məmmədhəsənov 4 il, M.Abdullayev 3 il 6 ay və Həmçinin hökmə əsasən, digər təqsirləndirilən A.Məmmədova 5 il müddətinə azadlıqdan məhrum olunub və ona Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza verilib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Görülən tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib. M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

6 İyun 2020
Cəmiyyət

Sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələnib

“Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tələblərə əməl etməyən 900 nəfər cərimələnib”.

6 İyun 2020
Cəmiyyət

Azərbaycanda daha 153 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 153 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

6 İyun 2020
Cəmiyyət

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 379 yeni yoluxma - RƏSMİ+VİDEO

Azərbaycanda 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

6 İyun 2020
Cəmiyyət

Azərbaycanda vəkillər ilk dəfə onlayn and içdi - FOTO

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə uyğun olaraq, onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iştirakçılara Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib və bildirib ki, bu gün and içəcək vəkilliyə namizədlərlə birlikdə Vəkillər Kollegiyası üzvlərinin sayı 1783 nəfərə çatacaq.

6 İyun 2020
Cəmiyyət

“Yol polisi paytaxtın bütün küçə və prospektlərini nəzarətə götürüb” - AÇIQLAMA

“Gecə saatlarından başlayaraq, xidmətə cəlb olunan əməkdaşlarımız paytaxtın inzibati ərazisinə aid olan bütün küçə, prospekt və yollar tam nəzarətə götürülməklə xidmətlərini davam etdirirlər”.