Bakıda dəhşət: imtahanda az bal toplayan yeniyetmə özünü binadan atdı - YENİLƏNİB

Bakıda dəhşət: imtahanda az bal toplayan yeniyetmə özünü binadan atdı - YENİLƏNİB
22 May 2019 12:22

12:08

Bakıda 17 yaşlı oğlan intihar edib.

Realpress.az ölkə.az-a istinadən bildirir ki, Nəsimi rayonu, Moskva prospektində 2002-ci il təvəllüdlü S.Quliyev özünü yaşadığı bınanın 10-cu mərtəbəsindən ataraq intihar edib.

Sosial şəbəkədə yazılanlara əsasən, 17 yaşlı yeniyetmənin intiharına səbəb imtahanda az bal toplaması olub. O, intihar edəndə evdə heç kəs olmayıb.

Anası və bacısı isə intihar etdikdən sonra evə gəliblər.

---------
12:03

Bakıda 17 yaşlı oğlan intihar edib.

Realpress.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 18:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 

Belə ki, Moskva prospekti 3007-ci məhəllədə 2002-ci il təvəllüdlü S.Q. özünü yaşadığı binanın 10-cu mərtəbəsinin pəncərəsindən ataraq intihar edib. 

Gəncin hansı səbəbdən intihar etdiyi məlum deyil. Yaxınları onun intihar etmədiyini, itələndiyini iddia edirlər.

Faktla bağlı araşdırma aparılır.