Azərbaycanda POS-terminallar niyə işləmir? - AÇIQLAMA

Azərbaycanda POS-terminallar niyə işləmir? - AÇIQLAMA
04 İyun 2019 12:46


Yaxın gələcəkdə onlayn kassa tətbiq olunacaq.

Realpress.az-ın məlumatına görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, hazırda bu, test rejimində tətbiq olunmağa başlayıb:

“Nazirlər Kabinetinin hazırladığı qrafikə görə, bu aparatlar təsdiq olunacaq. Məqsəd sahibkarların üzərinə əlavə yükün düşməməsidir. Amma bu sahədə problemlər çoxdur. Bu problemlər, əsasən, vərdişlərlə bağlıdır. Bu vərdişlər çoxdan formalaşıb və birdən-birə dəyişmək də çətindir. Amma biz uzun müddət oturub gözləyə bilmərik”.

Sahib Ələkbərov POS-terminalların işləməməsindən də danışıb.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən POS-terminalların sayı azalaraq, 80 mindən 67 minə düşüb:

“Milli Məclisdə POS-terminallarln işləməməsi ilə bağlı məsələ qaldırıldı. POS-terminallar ölkədə 10 ildən artıqdır tətbiq olunmağa başlayıb. Ölkədə POS-terminalların və kartların sayı kifayət qədərdir, amma bunlar işləmir.

Ölkəmizə gələn turistlərin sayı artır. Amma onlar POS-terminalları görməyəndə pul xərcləyə bilmir. Biz artıq beynəlxalq tədbirlər keçirən ölkəyik. Nə üçün bu problemlər olmalıdır? Bu çatışmazlığı qısa müddətdə həll etməliyik”.


3 İyul 2020
İqtisadiyyat

Neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

2 İyul 2020
İqtisadiyyat

İdxal olunan benzinin qiymətinin artması ölkənin yanacaq balansına təsir etməyəcək - TƏHLİL

Bu ilin mart ayında dünyada neft qiymətlərinin aşağı düşməsi, həmçinin koronavirus pandemiyası şəraitində tətbiq olunan fərdi nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq tədbirləri bir sıra ölkələrdə pərakəndə benzin satışı qiymətlərinin görünməmiş dərəcədə ucuzlaşmasına səbəb oldu. Bu proseslər Azərbaycanın yanacaq bazarına da təsir etdi; idxal olunan yüksək oktanlı benzinin qiymətləri mart və may aylarında ucuzlaşdı. Lakin iyun ayının sonunda bazar konyunkturasında dəyişiklik dünya miqyasında yanacaq qiymətlərinin artmasına səbəb oldu, bu da təbii olaraq Azərbaycana idxal olunan “Premium Euro-95”in pərakəndə satış qiymətlərinə təsir etdi.

1 İyul 2020
İqtisadiyyat

Sahibkarlığın güzəştli maliyyələşdirilməsində YENİ MEXANİZMLƏR -VİDEO

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.