“NASA” Mars atmosferində uçuş üçün pilotsuz vertolyot yaradıb

“NASA” Mars atmosferində uçuş üçün pilotsuz vertolyot yaradıb
10 İyun 2019 11:11

ABŞ Kosmik Agentliyinin (NASA) reaktiv hərəkət laboratoriyasının (Jet Propulsion Laboratory) mütəxəssisləri Mars atmosferində uçacaq pilotsuz uçan vertolyot təqdim ediblər. Vertolyotun Qırmızı planetə uçuş imkanını sübut etmək üçün yaradılması ilə əlaqədar onun göyərtəsində elmi aparatura quraşdırılmayacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, fevralda vertolyot Mars atmosferində mövcud şəraiti təkrarlayan 8 metr diametrlik test kamerası şəklində olan “Kosmik imitator”da sınaq uçuşu həyata keçirib.

Məlumata görə, daha sonra Denver şəhərində yerləşən sınaq mərkəzinə aparılan aparatın “Mars 2020” kosmik aparatı ilə uyğunluğu yoxlanılıb. Vertolyotun planet səthinə enişdən sonra ondan ayrılması nəzərdə tutulur.

“İndiyədək Mars atmosferində uçuş üçün vertolyotlar yaradılmadığına görə biz hər dəfə yeni problemləri həlli etməli oluruq”, – “Mars Helicopter” layihəsinin rəhbəri Mimi Aun bildirib.

Onun sözlərinə görə, artıq yayda vertolyotun montaj korpusuna təhvil verilərək orada Mars kosmik aparatına quraşdırılması planlaşdırılır.

Realpress.az


19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.

19 Mar 2020
İT

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. 

18 Mar 2020
İT

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib.

18 Mar 2020
İT

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

18 Mar 2020
İT

İki ucuz “iPhone” modeli buraxılacaq

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır.