ABŞ-dan Türkiyəyə ağır zərbə: “F-35” pilotları uzaqlaşdırıldı

ABŞ-dan Türkiyəyə ağır zərbə: “F-35” pilotları uzaqlaşdırıldı
11 İyun 2019 09:12


ABŞ-ın Arizona ştatında yerləşən “Lyuk” hava bazasında “F-35” qırıcı-bombardmançılarının idarəolunması üzrə hazırlıq kursu keçən türkiyəli pilotlar təlimlərdən kənarlaşdırılıb.

Bu haqda RİA Novosti məlumat verir.

Bundan əvvəl “Foreign Policy” nəşri, Türkiyəli pilotların ölkəni tərk etməsinə 31 iyula kimi vaxt verildiyini və bu barədə Pentaqon rəhbəri Patrik Şenahanın türkiyəli həmkarı Hulusi Akarı məlumatlandırdığı bildirilirdi.

Pilotların təlimlərdən kənarlaşdırılması Vaşinqtonla Ankara arasında “S-400” zenit-raket kompleksləri ilə bağlı soyuq yellərin əsdiyi bir vaxta təsadüf edir. Tramp administrasiyası Ankaranı Rusiyadan “S-400” zenit-raket kompleksləri almaq fikrindən daşındırmağa çalışır.

Realpress.az


3 İyul 2020
Dünya

Fransaya yeni baş nazir təyin edildi

Jan Kasteks Fransanın yeni baş naziri təyin edilib.

3 İyul 2020
Dünya

İsveçrədə koronavirusa yoluxanların sayı 32 mini ötdü

İsveçrədə son sutka ərzində 134 yeni COVID-19 hadisəsi aşkar edilib. Bununla da ölkədə epidemiyanın əvvəlindən bəri virusa yoluxanların ümumi sayı 32 101 nəfərə çatıb.

3 İyul 2020
Dünya

Türkiyə ordusu İraqın şimalını bombaladı

Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr İraqın şimalına raket zərbələri endirib.