11:31
Ağstafanın Sadıxlı kəndində dəhşətli qətl hadisəsi baş verib.
Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən 16 yaşlı yeniyetmə qan davası üstündə 4 nəfəri silahla qətlə yetirib. Ölənlərdən biri 1977-ci il təvəllüdlü, digəri 1984-cü il il təvəllüdlüdür. Üçüncü şəxs isə qətlə yetirilənlərdən birinin anası olub.
Öldürülən digər şəxsin təsadüfən hadisə yerində olduğu və aldığı güllə yarasından öldüyü bildirilir. Cinayəti bazarda insanların arasında törədən yeniyetmə hadisədən sonra qaçıb.
Qeyd edək ki, qətlə yetirilənlər həbsdən yeni azadlığa buraxılıblar. Onlar illər əvvəl torpaq üstündə qeyd edilən 16 yaşlı gəncin atasını və əmisini öldürüblər.
----------
11:26
Ağstafa rayonunda kütləvi dava olub.
Realpress.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük - Kəsik kəndində qeydə alınıb.
Kütləvi dava zamanı 3 nəfər qətlə yetirilib, bir neçə nəfər isə yaralanıb. Bildirilir ki, dava nəsillər arasında davam edən uzun müddətli münaqişədən qaynaqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.