Qarpız bir çoxlarımız fikirləşdiyi kimi meyvə və ya tərəvəz deyil, məhz giləmeyvədir. Qarpızın sağlamlığımız üçün saymaqla bitməyən faydaları vardır.
Lakin nəzərə almaq lazımdır ki, qarpızı yalnız mövsümdə (bizim üçün iyil aydan başlayır) yemək lazımdır.
Realpress.az Saglamolun.az-a istinadla qarpızın sağlamlığa faydalarını təqdim edir:
1. Təbii sidikqovucu olan qarpız sidik kisəsi, sidik yolları, böyrəkləri əla təmizləyir, böyrək daşı xəstəliyinin riskini azaldır.
2. Kalium və maqnezium sayəsinsə qarpız ürək üçün çox faydalıdır. Qarpızın tərkibində olan maddələr damarları genişləndirir və bununla da təzyiqi salmağa yardım edir.
3. Qarpız maqnezium maddəsi ilə xüsusilə zəngindir. Bu maddə sinir sistemimizin normal fəaliyyəti üçün çox vacibdir. Maqnezium yaxşı antidepressantdır, əhvalı yaxşılaşdırır, yorğunluq və zəifliyi aradan qaldırır, gümrahlıq bəxş edir.
4. Qarpız fol turşusu ilə zəngindir. Bu maddə qanazlığı zamanı kömək edir. Fol turşusu hamilə qadınlar üçün olduqca vacibdir. Bu maddə dölün sinir sistemində patologiyaların inkişafına mane olur.
5. Su, qidalı liflər, kalium və maqnezium sayəsində qarpız bağırsaqlar üçün ən faydalı məhsullardan biridir - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, bağırsaqları təmizləyir.
6. Qarpız orqanizmi toksin, şlak, ağır metalların duzları, radionukleidlər, artıq xolesterindən təzmiləyir.
7. Qarpız kişilərdə potensiyanı artırır. Alimlər qarpızı hətta "təbii Viaqra" adlandırırlar.
"Ağızla nəfəs almaq - burunla yemək kimi bir şeydir" - qədim atalar sözüdür.
Baş ağrıları kariesdən sonra insanlar arasında ən yayılmış xəstəlik sayılır.
İnsan orqanizmi 80% qədər mayedən ibarətdir. Orqanizmdə gedən bütün proseslər məhz maye mühitində baş verir, maye orqanizmin hər hüceyrəsinə daxildir, qan və limfanın əsas hissəsi mayedir.
Alimlərin araşdırmalarına görə, qazlı içkilər ciddi xəstəlik riskini artırır.
Kəskin respirator virus infeksiyası (KRVİ) - virus xəstəliyi olub, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Xalq arasında bu xəstəliyi "soyuqdəymə" adlandırırlar. Alimlər 200-dən çox respirator viruslar aşkar ediblər. Bunlardan ən çox təsadüf olunan viruslar -paraqrip, adenovirus, rinoviruslardır. KRVİ əsasən hava-damcı yolu ilə yoluxur. İnfeksiya mənbəyi xəstə insanlardır.