MÖVSÜMÜN AKTUAL XƏSTƏLİYİ – KÖRPƏLƏRDƏ BİŞMƏCƏ

MÖVSÜMÜN AKTUAL XƏSTƏLİYİ – KÖRPƏLƏRDƏ BİŞMƏCƏ
24 İyun 2019 17:47

Bu problem hər bir ailəyə necə də tanışdır... 
Realpress.az Aptekonline.az-a istinadla bildirir ki, isti hava və ya rütubət, bezlərin vaxtında dəyişdirilməməsi körpələrin dərisinin qızmasına səbəb olur, onu qıcıqlandırır, bu zaman uşaq narahat olur və yatmır. Nə etməli? 
Bişməcənin səbəbləri və yayılması.
Bişməcə və ya “bələk dermatiti” - aralıq və büküşlər nahiyəsində olan dərinin kəskin iltihabi prosesidir. Bişməcə əksər uşaqlarda bez nahiyələrində sidik, nəcis, nəmlik və sürtünmə nəticəsində yaranır. Həm pediatrlar, həm də valideynlər bələk dermatitini ən çox yayılan dəri xəstəliyi hesab edirlər. Demək olar ki, hər bir uşaq həyatının ilk ayları və ya illərində bu vəziyyətin müxtəlif ağırlıq dərəcəsi ilə rastlaşır. Cinsindən və irqindən asılı olmayaraq uşaqlarda xəstəliyin yayılmasının pik dövrü həyatın 9-12-ci aylarında təsadüf edir. Bu cür yüksək yayılma tezliyi əsasən kiçik uşaqların dərisinin xüsusiyyətləri ilə əlaqədardır. Uşaq dərisinin buynuz qatı böyüklərlə müqayisədə 3 dəfə nazikdir, buna görə də çox həssasdır. Körpələrin dərisinin qan təchizatı böyüklərə nisbətən 1,5 dəfə artıqdır. Buna görə də körpələrdə dəridə qıcıqlanma və infeksiyalaşma tez-tez müşahidə olunur. Körpə dərisi çox nazik olduğuna görə ətraf mühitin temperaturunun yüksəlməsi nəticəsində xüsusilə yay aylarında suyu asanlıqla itirir və dəri quruyur. Eyni zamanda digər müxtəlif qıcıqlandırıcı amillər bişməcələrin yaranmasına səbəb ola bilər: sürtünmə, kip bələnmə, ölçüyə uyğun olmayan və səhv geyindirilmiş bezlər, bezlərin vaxtından gec dəyişdirilməsi, yuyucu tozlara qarşı fərdi allergik reaksiya, həddən artıq isinmə, sidik, nəcis, müxtəlif mikroblar və s. 

19 Noy 2019
Səhiyyə - Sağlamlıq

Qəbizliyin müalicəsi

Açaq sözlər: qəbizlik, ağırlaşmaları, müalicə və profilaktikası.

13 Noy 2019
Səhiyyə - Sağlamlıq

Sidikçıxarıcı yolların infeksiyalarında bitki preparatlarının rolu

Sidikçıxarıcı yolların infeksiyası (SYİ) sidik sisteminin hər bir üzvində - böyrək, sidik axarı kanalı, sidik kisəsi və sidik kanalında olan infeksiyadır. SYİ infeksion xəstələnmə strukturunda respirator infeksiyalardan sonra ikinci yeri tutur. İnfeksiyaların əksəriyyəti aşağı sidik yollarını - sidik kisəsi və sidik kanalını əhatə edir. SYİ milyonlarla insanın sağlamlığı üçün ciddi problem təşkil edir. Hər il Qərbi Avropada 10 milyondan artıq SYİ halı qeydə alınır. SYİ zamanı infeksiya residivlərinin yüksək səviyyəsi qeydə alınır ki, bu da tez-tez kəskinləşmələrlə xroniki xarakter alır.

13 Noy 2019
Səhiyyə - Sağlamlıq

Diabet, piylənmə, ruhi xəstəliklərinin qeyri-adi DƏRMANSIZ müalicəsi

İncəsənətin sağlamlığa müsbət təsiri haqqında genişmiqyaslı yeni tədqiqatı BMT-də sözün həqiqi mənasında “inqilabi araşdırma” adlandırıblar.

11 Noy 2019
Səhiyyə - Sağlamlıq

Beynin qan dövranını yaxşılaşdırmaq üçün 4 ÜSUL

Əgər bir gün bir anda beyinə kifayət qədər qan getməzsə nə olacağını bilirsinizmi?