Distansiyalı “5G” idarəetməli ilk avtomobil yaradılıb

Distansiyalı “5G” idarəetməli ilk avtomobil yaradılıb
11 İyul 2019 15:23

“Samsung” şirkəti Qudvud sürət festivalında (Goodwood Festival of Speed) beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) vasitəsilə məsafədən idarə olunan dünyanın ilk avtomobilini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, məlumata görə, eksperimental avtomobil “Lincoln MKZ” modeli əsasında yaradılıb. O, virtual reallıq (VR) mühitində işləyən “Designated Driver” distansiyalı idarəetmə sistemi ilə təchiz edilib.
 
Platforma “Samsung Gear VR” qarniturunun və “5G” şəbəkəsi vasitəsilə məlumatların ötürülməsi üçün terminal qismində çıxış edən “Samsung Galaxy S10 5G” smartfonunun tətbiqini nəzərdə tutur.
 
Qeyri-adi avtomobilin imkanlarının nümayişi zamanı drift üzrə çempion Von Qittin avtomobili virtual reallıqda distansiyadan idarə edərək dünyanın məşhur “Goodwood Hillclimb” yolunun keçilməsini göstərib.
 
Bildirilir ki, informasiyanın ötürülməsi üçün dünyanın ən məşhur mobil rabitə operatorlarından olan “Vodafone” şirkətinin yüksəksürətli “5G” şəbəkəsindən istifadə olunub.
 
“Qudvudun digər nöqtəsində olan sürücü avtonom avtomobili virtual reallıq eynəyi vasitəsilə idarə edir. “Vodafone 5G” şəbəkəsi “4G” ilə müqayisədə məlumatların 10 dəfə sürətli ötürülməsini və siqnalın cüzi yubanmasını təmin edir ki, bu da ani çağırışın həlledici əhəmiyyətə malik olduğu vəziyyətdə çox vacibdir”, – layihə iştirakçıları bildirib.  

Realpress.az


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".