“Neftçi” və “Qəbələ”nin UEFA Avropa Liqasında III təsnifat mərhələsindəki potensial rəqibi bilinib.
Realpress.az xəbər verir ki, “Neftçi” II mərhələdə “Arsenal” (Rusiya), “Qəbələ” isə “Dinamo” (Gürcüstan) səddini keçə bilsə, müvafiq olaraq “Bney Yehuda” (İsrail) və “Feyenord” klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, komandalarımız III mərhələyə adlayacağı halda, “Neftçi” ilk ev oyununu Bakıda, “Qəbələ” isə səfərdə oynayacaq.
Avroliqada ilk oyunlar avqustun 8-də, cavab qarşılaşmaları isə 15-də keçiriləcək.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.