HAMİLƏ QADINLARDA ANEMİYANIN MÜALİCƏSİ – GƏLƏCƏK NƏSLİN SAĞLAMLIĞININ TƏMİNATIDIR!

HAMİLƏ QADINLARDA ANEMİYANIN MÜALİCƏSİ – GƏLƏCƏK NƏSLİN SAĞLAMLIĞININ TƏMİNATIDIR!
23 İyul 2019 17:25

Dəmir Defisitli Anemiyanın (DDA) profilaktika və müalicəsi ÜST-ın ən vacib proqramlarından biridir. DDA-nın yayılması, hətta inkişaf etmiş ölkələrdə belə yüksəkdir və əhalinin təxminən 30% -ni əhatə edir. Anemiya ilə xəstələnmənin ən yüksək həddi hamiləlik dövründə baş verir və orta hesabla 50%-dən çox olur. Anemiya hamiləliyin patoloji gedişatının əsas amillərindən biridir.

Anemiyanın hamiləliyin gedişatına təsiri. Hamiləlik dövründə dəmir ananın qan yaranma proseslərinə sərf olunmaqla yanaşı, dölün ehtiyaclarına da xərclənir. Hamiləliyin sonuna yaxın hər hansı bir qadında dəmir ehtiyatları tükənir və onların tam bərpası üçün 2-3 il tələb olunur. Hamiləlik dövründə baş verən anemiyanın digər səbəbi isə qida rasionunda kifayət qədər ət məhsullarının olmamasıdır.

Hamiləlik dövründə anemiyanın dərəcələri. Qanda hemoqlobinin göstəricisinə əsasən, hamiləlik zamanı anemiyanın aşağıda qeyd olunan dərəcələri vardır:

DDA-nın ağırlıq dərəcəsi 

Hb səviyyəsi, q/l

Müalicə müddəti, həftələr

Yüngül

90-100

3-4

Orta

70-89

8-12

Ağır

<70

16 və daha çox

Hamiləlik dövründə anemiyanın simptomları. Hamiləlik dövründə anemiya zamanı adətən hipoksiyaya dəlalət edən simptomlar önə çıxır: zəiflik, yorğunluq, yuxu pozğunluğu, gündüz - yuxululuq, gecə - yuxusuzluq, baş ağrıları, başgicəllənmə, qulaqda küy, tənginəfəslik, ürək döyüntüsü, bayılma. Hamiləlik dövründə toxumalarda dəmir çatışmazlığı ilə əlaqədar anemiyanın təzahürləri: dəri quruluğu və çatları, dodaq haşiyəsinin iltihabı, çatlar, dəri törəmələrin kövrəkliyi və qırılması, saç tökülməsi.

Hamiləlik dövründə anemiya ilə bağlı ağırlaşmalar. Anemiyanın ən çox rast gəlinən ağırlaşmaları aşağıdakılardır: düşük təhlükəsi, hestoz, arterial təzyiqin aşağı düşməsi, ciftin vaxtından əvvəl soyulması, dölün inkişafdan qalması və erkən doğuş, yenidoğulmuşlarda anemiya.

DDA-nın müalicəsi. Bütün DDA-lı xəstələr üçün dəmir tərkibli preparatlarla müalicə göstərişdir. Son illər tərkibində dəmir, C və B12 vitaminləri, fol turşusu saxlayan kombinəolunmuş preparatlardan istifadə olunur. Liposomal dəmirin istifadəsi çox maraqlıdır. Müasir nanotexnologiya istehsalı sayəsində dəmir liposomal qatın içərisinə yerləşdirilir, yəni lipidlərin ikiqat təbəqəsi ilə örtülür. Liposomal birləşmənin nüvəsində olan dəmir mədə-bağırsaq traktının divarları ilə təmasda olmur və onu qıcıqlandırmır. Liposomal çatdırılma sistemi dəmirin maksimal sorulmasını və biomənimsənilməsini təmin edir. C vitamini dəmirin sorulmasını gücləndirir və biomənimsənilməsini yaxşılaşdırır. B12 vitamini və fol turşusu DNT sintezi və yeni hüceyrələrin inkişafı üçün vacibdir.

 

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda   www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Realpress.az


1 May 2020
Səhiyyə - Sağlamlıq

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha 58 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 38 yeni yoluxma

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.