Azərbaycanda hər kəsin gözü qarşısında itləri belə güllələdilər - VİDEO

Azərbaycanda hər kəsin gözü qarşısında itləri belə güllələdilər - VİDEO
26 İyul 2019 12:19

Tovuz rayonunda küçə itlərini odlu silahla vurub öldürürlər.

Realpress.az istinadla bildirir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, rayonun Qovlar kəndində parkda küçə itlərini güllələyirlər.

“Dərd orasındadır ki, parkda günün-günorta çağı, insanların gözü qarşısında itləri tüfənglə vururlar. Həm də, parkda sakit yatan, insanlarla heç bir işi olmayan heyvanları vəhşicəsinə güllələyirlər”, - deyə kənd sakinləri şikayətləniblər.

Sakinlər bildirir ki, itləri vuran Tovuz rayon İcra Hakimiyyətinin əməkdaşlarıdır.

Məsələ ilə bağlı Tovuz rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra hakimiyyətinin başçısının I müavini Rəşad Zeynalov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hadisə barədə məlumatları yoxdur.

“Küçə itlərinin güllələnməsilə bağlı rayon icra hakimiyyətindən heç bir tapşırıq verilməyib. Bu hadisə mütləq araşdırılacaq və nəticələr barədə sizə məlumat veriləcək”, - deyə Rəşad Zeynalov bildirib.

İtlərin güllələnməsi anının görüntülərini təqdim edirik. Ürəyi zəif olanların bu kadrlara baxması məsləhət deyil.


31 May 2020
Kriminal

DİN: Ruslan Əmirov polisə tabe olmadığına görə həbs edilib

Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ruslan Əmirovun həbsi ilə bağlı məlumat yayıb.

28 May 2020
Kriminal

Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.

27 May 2020
Kriminal

Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı araşdırmaya başlayıb

Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. 

16 May 2020
Kriminal

“The Times-Azerbaijan” şirkətinin direktoru həbs edildi

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda ittiham edilən “The Times-Azerbaijan” şirkətinin direktoru Ceyhun Hacıyevi saxlayıblar.

16 May 2020
Kriminal

DİN: Bərdədə polisə müqavimət göstərən 14 nəfər saxlanılıb

Bu gün Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbi ilə toplaşıblar.