Bakının bir neçə rayonunda qaz olmayacaq – XƏBƏRDARLIQ

Bakının bir neçə rayonunda qaz olmayacaq – XƏBƏRDARLIQ
02 Avq 2019 12:23

Bu gün paytaxtın Sabunçu, Xətai və Yasamal rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılır.

"Azəriqaz" İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Bünyadov, Ş.Kamilov küçələrində orta təzyiqli qaz kəmərlərində aparılacaq birləşdirmə və təmir işləri ilə bağlı saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb.

Orta təzyiqli yeraltı qaz kəmərində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar isə saat 10:00-dan təmir işləri başa çatanadək Yasamal rayonu, Mətbuat, Şərifzadə, H.Cavid və N.Nərimanov prospektləri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, S.Əsgərova, Ş.Əzizbəyov küçələri və Fövqəladə Hallar, Vergilər, Ekologiya və təbii sərvətlər, Ədliyyə nazirlikləri, Gömrük komitəsi yerləşən ərazilərdə qaz təchizatı dayandırılıb.

Bu gün, həmçinin səhər saat 09:00-dan etibarən orta təzyiqli qaz kəmərlərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən həyət evləri, Naximov, Zeytun yaşayış massivlərində də qaz təchizatı dayandırılıb. 

Realpress.az


11 Dek 2019
Hərbi

Zakir Həsənov komandir-rəis heyəti qarşısında tapşırıqlar qoydu

Zakir Həsənov komandir-rəis heyəti qarşısında tapşırıqlar qoydu

11 Dek 2019
Hərbi

Düşmən atəşkəsi yenə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

7 Dek 2019
Hərbi

Cəbhədə düşmən təxribatları davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

6 Dek 2019
Hərbi

Ermənilər atəşkəsi 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.