Ödənişli saytlarda məqalələri sərbəst oxumaq olar

Ödənişli saytlarda məqalələri sərbəst oxumaq olar
06 Avq 2019 08:59

"Google" korporasiyası öz bloqunda "Chrome 76" brauzerinin yeni versiyasını təqdim edib. Yeni versiya ödənişli saytlarda məqalələri ödəniş etmədən oxumağa imkan verir.

Realpress.az ICTnews-a istinadən bildirir ki, yeni versiyada əvvəlki versiyalarda aşkar edilmiş 43 boşluq aradan qaldırılıb. Tərtibatçılar sözügedən boşluqların əksər hissəsini ixtisaslaşdırılmış proqram təminatının ("AddressSanitizer", "AFL", "Control Flow Integrity" və sairə) köməyi ilə avtomatlaşdırılmış test üsulu ilə aşkar ediblər.

"Məxfi" rejimdən istifadə sayəsində ödənişli saytlarda məqalələri ödəniş etmədən oxumaq mümkün olub. Proqram resurslarda ödənişli məzmunu gizlədən "paywall" xidmətini keçmək imkanına malikdir. Ancaq bu funksiya bütün saytlarda işləmir.

"Chrome 76" versiyasında "Flash" texnologiyasının işə salınması prosesi daha da çətinləşib. Yeni versiyada məzmunun göstərilməsi tamamilə dayandırılıb. İstifadəçi hər bir portal üçün ayrı-ayrılıqda "Flash" texnologiyasının dəstəyini sazlamalar menyusu vasitəsilə aktivləşdirməli olacaq. Bu, tədricən öz aktuallığını itirən "Flash" texnologiyasından imtina ilə bağlıdır.



13 Dek 2019
Maraqlı

Çayda hərəkət edən “Santa-Klaus” marağa səbəb oldu - VİDEO

Çayda hərəkət edən “Santa-Klaus” marağa səbəb oldu - VİDEO

13 Dek 2019
Maraqlı

Sosial şəbəkə istifadəçiləri internetdə ən utancverici sorğularını paylaşıblar

Sosial şəbəkə istifadəçiləri internetdə ən utancverici sorğularını paylaşıblar

13 Dek 2019
Maraqlı

Fransada qadın qatarda uşaq dünyaya gətirdi — VİDEO

Fransa Beynəlxalq Dəmiryolu Şirkəti (SNCF) bir çox qatar səfərlərini ümumi tətil səbəbi ilə təxirə salıb. Lakin buna baxmayaraq, bəzi səfərlər davam edir. Belə səfərlərin birində uşaq dünyaya gəlib.

13 Dek 2019
Maraqlı

Cümə günü, ayın 13-ü: ilin sonuncu “qara” günündən nəyi gözləmək olar?

Cümə günü, ayın 13-ü: ilin sonuncu “qara” günündən nəyi gözləmək olar?