Əncir yarpaqlarının bilinməyən faydaları - şəkəri salır, ürəyi qoruyur, damarları təmizləyir...

Əncir yarpaqlarının bilinməyən faydaları - şəkəri salır, ürəyi qoruyur, damarları təmizləyir...
08 Avq 2019 10:30

Ən qədim mədəni bitkilərdən biri olan əncir həm çox dadlı, həm də çox faydalı, müalicəvi meyvədir. Dahi Avisenna ənciri yaşlı insanlar üçün ən yaxşı, ömrü uzadan qida hesab edirdi.

Realpress.az Saglamolun.az-s istinadla bildirir ki, əncirin yarpaqları da müalicəvi xüsusiyyətlərə malikdir. Hələ qədimdə təbiblər öskürəyi, soyuqdəyməni əncir yarpaqlarının dəmləməsi ilə müalicə edirdilər.

Əncir yarpaqlarının tərkibində olan fisin damarlarda trombları əridir, yeni trombların əmələ gəlməsinin qarşısını alır və bununla da infarkt və insultun riskini azaldır. Bu xüsusiyyətə görə əncir və əncir yarpaqlarını hətta “təbii aspirin” də adlandırırlar.

Bundan əlavə əncir yarpaqlarının dəmləməsi qanda xolesterin və triqliseridlərin səviyyəsini aşağı salaraq ürək və damarı xəstəliklərinindən qoruyur. Bütün bunlara görə əncir yarpaqlarından hazırlanmış çay ürək xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkənlər üçün çox faydalı sayılır.

Əncir yarpaqlarının xərçəng və mikrob əleyhinə xüsusiyyətləri də var.

Əncir yarpaqlarının dəmləməsi şəkərli diabetdən əziyyət çəkənlərə böyük fayda verə bilər. Bu çayın istehlakı qanda şəkərin səviyyəsini tənzimləyir və bununla da xəstənin qəbul etdiyi dərmanların miqdarını azaltmağa kömək edir.

Əncir yarpaqlarından çay hazırlamaq üçün termosa 2 x.q. xırda doğranmış yarpaqları tökün, üzərinə yarım l qaynaq su əlavə edin, 1 saat dəmləyin.

Bu çay öskürək, bronxit, soyuqdəymə zamanı da çox yaxşı yardım edir.


10 Dek 2019
Maraqlı

İnsanın yaddaşı dola bilərmi? — ARAŞDIRMA

Əsrlər boyu insan yaddaşı haqqında müxtəlif ehtimallar və suallar insanları düşündürüb. Onlardan biridə yaddaşımızın nə zamansa dolub-dolmaması ilə əlaqədardır. Artıq insanları düşündürən bu sualın cavabı tapılıb.

10 Dek 2019
Maraqlı

Sony Yaponiyanın tamkadrlı kameralar bazarında Canon və Nikon-dan irəli keçib

BCN Ranking-in məlumatına görə, Sony Yaponiyada tamkadrlı kameralar bazarının payına görə Canon və Nikon şirkətini qabaqlayıb. 2018-ci ilin noyabr ayından 2019-cu ilin oktyabr ayına qədər isə Sony tamkadrlı kameralar, APS-C formatlı kameralar və dəyişdirilməyən obyektivə malik kameralar seqmentlərində artım nümayiş etdirib.

9 Dek 2019
Maraqlı

Rusiyalı müğənni ərə gedir

Rusiyalı müğənni MakSim ailə qurmağa hazırlaşır.

9 Dek 2019
Maraqlı

70 il sonra gəlinlik geyindi

Antalyada yaşayan 85 yaşlı Döndü Metin adlı qadın 70 il sonra arzusuna çatıb.

9 Dek 2019
Maraqlı

Dəyəri bir milyard olan sikkə satışa çıxdı

Sankt-Peterburq sakini dəyəri bir milyard rubl (26 milyon 700 min AZN) olan sikkəni satışa çıxarıb.