Əzələdaxili iynəni özünə necə vurmaq olar? VİDEO

Əzələdaxili iynəni özünə necə vurmaq olar? VİDEO
08 Avq 2019 17:00

İlk növbədə nəzərinizə çatdıraq ki, bunu yalnız istisna hallarda etmək olar.

Məsələn, siz kənd yerindəsiniz, xəstəxana uzaqdadır, iynə dərhal, vaxt itirmədən vurulmalıdır və s. Bütün digər hallarda tibbi personala müraciət etmək lazımdır.

Beləliklə, insan özünə əzələdaxili iynəni necə vura bilər? Mütəxəssislər bu halda iynəni sağrı (yan) nahiyəsinə vurmağı tövsiyə etmirlər ki, insan özünə iynə vuranda damar və ya sinirə düşə bilər.Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, əzələdaxili iynənin vurulması üçün omba əzələsi istifadə olunur.

Ombanızı vizual olaraq 3 hissəyə bölün. İynə orta hissəyə vurulur.

Daha sonra əllərinizi yuyun, şprisi və ampulanı açın, dərmanı şprisə yığın. Dərini spirtdə isladılmış pambıqla silin.

İynə əzələyə 90 dərəcə altında vurulmalıdır. İynəni axıra qədər deyil, uzunluğunun 2/3 hissəsinə qədər yeridin. Dərmanı asta-asta yeridin, bu halda ağrı az olur.

Sonda şprisi tez çıxardın və iynə vurduğunuz yeri pambıqla sıxın. 


5 Dek 2019
Maraqlı

İl ərzində xarab olmayan yeni alma sortu yetişdirildi

ABŞ-ın Corc Vaşinqton Universitetinin tədqiqatçıları saxlama şəraitinə riayət etməklə il ərzində xarab olmayan yeni alma sortu yetişdiriblər. Meyvələr artıq ABŞ-da satışa çıxarılıb.

5 Dek 2019
Maraqlı

“Joker” ilin adamı oldu

Xoakin Feniks Hollivudda heyvansevər, hər fürsətdə onların qayğısına qalan bir aktyor kimi tanınır.

5 Dek 2019
Maraqlı

Twitter qərarını dəyişdi: Hesablar silinmir

"Twitter" şirkəti altı ay müddətində aktiv olmayan hesabların silinməsi ilə bağlı qərarını təxirə salıb.

4 Dek 2019
Maraqlı

Baş ağrısına səbəb olan 10 QİDA

Baş ağrısı stress, yorğunluq, xəstəliklər, hava, aclıq səbəbindən yarana bilər. Eləcə də bəzi qidalar da baş ağrısı triqqeri, yəni tətikləyici səbəblər siyahısına daxildir.

4 Dek 2019
Maraqlı

Bu 5 xəstəliyin səbəbkarı telefonunuzdur — Müasir smartfon sindromları

Müasir gadjetlər – istər tv, istər telefon, planşet, sizin orqan və beyninizə mənfi təsir edir.