Hava ilə bağlı — XƏBƏRDARLIQ

Hava ilə bağlı — XƏBƏRDARLIQ
09 Avq 2019 17:27

Avqustun 9-u günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Realpress.az report-a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O qeyd edib ki, düşən yağıntının miqdarı Zabratda 6 mm (aylıq normanın 98 %-i), Bakıda 4 mm (aylıq normanın 66 %-i), Maştağada 4mm (aylıq normanın 52 %-i), Binədə 3 mm (aylıq normanın 49 %-i), Çilov adasında 2 mm, Sumqayıt, Pirallahı, Neft Daşlarında 1 mm olub. Digər rayonlarda əsasən zəif yağış qeydə alınıb. 

U.Tağıyeva əlavə edib ki, Lerikdə 4 mm, İmişli, Mərəzədə 3 mm, Qazıməmməddə, Xaltanda 2 mm, Sabirabad, Cəfərxan, Yardımlı, Kişçay (Şəki), Sarıbaş, Şahdağ, Şabran, Oğuz, Zaqatala, Şəki, Altıağac, Xaçmaz, Qubada 1 mm olub:

"Havanın temperaturu iqlim normasından 2-4 dərəcə aşağıdır: "Sabah, avqustun 10-da hava mülayim isti keçəcək, yağmursuz hava şəraiti gözlənilir, zəif cənub-şərq küləyi əsəcək. Bakıda temperatur 35 dərəcəyədək yüksələcək. Avqustun 11-də isə yenidən güclü şimal-qərb küləyi gözlənilir. Küləyin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək çatacağı proqnozlaşdırılır. Gözlənilən güclü küləklə əlaqədar əhaliyə diqqətli olmağı tövsiyə edirik. Avqustun 11-də hava sərin keçəcək, temperatur 27 dərəcəyə yaxın olacaq". 



10 Dek 2019
Cəmiyyət

"EuroHome”dakı yanğın məhdudlaşdırılıb - VİDEO

Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın məhdudlaşdırılıb.

10 Dek 2019
Cəmiyyət

Sosial xidmətlər üzrə vətəndaşlara verilən elektron arayışların sayı artırılacaq - Bu ilin sonuna kimi

"Bu ilin sonuna kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif xidmətlər üzrə vətəndaşlara verilən elektron arayışların sayı 15-ə çatdırılacaq".

10 Dek 2019
Cəmiyyət

Bakıda dəhşətli yanğında avtomobillərə də ziyan dəydi - FOTO

Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları bazarında baş verən yanğın nəticəsində ərazidə olan avtomobillərə ziyan dəyib. 

10 Dek 2019
Cəmiyyət

Nazir müavini Bakıda dəhşətli yanğın baş verən ərazidə

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından Bakının Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında güclü yanğın başlayıb.

10 Dek 2019
Cəmiyyət

“EuroHome”un sahibi bu şəxsdir

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome” tikinti materialları bazarı yanır.