“AzInTelecom” tərəfindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının verilməsi davam edir

“AzInTelecom” tərəfindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının verilməsi davam edir
09 Avq 2019 18:11

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC və "Microsoft" şirkəti arasında imzalanan əməkdaşıq sazişinə əsasən, ali təhsil müəssisələri və dövlət qurumlarının "Microsoft" lisenziyaları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsidir.

 

"AzInTelecom" cari ayın əvvəlindən ali təhsil müəssisələrinə "Microsoft" lisenziyalarının ödənişsiz verilməsinə başlayıb. Artıq 46 ali təhsil müəssisəsi və 379 tələbə tərəfindən "Windows 10 Education" və "Office 365 Education" proqram təminatlarının lisenziyaları istismar olunur.

 

Xatırlatmaq istərdik ki, hazırda tələbələr "www.edulicense.az" saytına daxil olaraq rahat şəkildə qeydiyyatdan keçib lisenziyanı heç bir ödəniş etmədən əldə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə lisenziyalı proqram təminatı istifadəçilərinin sayının artımına gətirib çıxaracaqdır.

 

Sözügedən saziş çərçivəsində təkcə ali təhsil müəssisələrində deyil, həm də dövlət sektorunda lisenziyaların verilməsi işləri davam etdirilir.

Realpress.az


18 Noy 2019
İT

“TikTok” sosial şəbəkəsi “WhatsApp”la eyni populyarlığa malikdir

“Sensor Tower” analitik firmasının araşdırmasına görə, “App Store” və “Google Play” mobil tətbiqlər mağazasında “TikTok” sosial şəbəkəsinin yüklənmə göstəricisi 1,5 milyardı ötüb. Yalnız 2019-cu ildə sözügedən mobil proqram 614 milyon dəfə yüklənilib.

18 Noy 2019
İT

Gələn il “5G” dəstəkli “Xiaomi” smartfonları buraxılacaq

"Xiaomi" şirkətinin baş direktoru Ley Tszyun illik "China Mobile Global Partner" konfransı çərçivəsində 2020-ci ildə qiyməti 285 dollardan baha bütün yeni smartfonların beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən modemlərlə təchiz ediləcəyini bildirib.

18 Noy 2019
İT

Hörümçək toru əsasında yeni biokompozit hazırlanıb

Sankt-Peterburq Milli İnformasiya Texnologiyaları, Mexanika və Optika Universitetinin və İsveçin SLU Universitetinin alimlərinin birgə araşdırmaları nəticəsində təbii hörümçək torunun proteinləri və optik aktiv nanohissəciklər əsasında yeni biokompozit hazırlanıb.

18 Noy 2019
İT

Bir neçə dəqiqə ərzində “3D” xəritə hazırlayan yeni qurğu təqdim edilib

Xüsusi avadanlıq olmadan qısa müddətdə “3D” xəritə hazırlamaq çətindir. ABŞ-ın Ordu Mühəndislər Korpusu tərəfindən hazırlanmış yeni fotoqrammetriya texnologiyası bir neçə dəqiqə ərzində adi aerofotoşəkillər əsasında dəqiq xəritələr hazırlamağa imkan verir.

18 Noy 2019
İT

Milyonlarla “Android” smartfonunun sahibi təhlükə qarşısındadır

“Android” sisteminin idarəetməsi altında işləyən qurğularda istifadə olunan “Qualcomm” prosessorlarında istifadəçilərin məlumatını oğurlamağa imkan verən boşluq aşkar edilib. Bu haqda “CheckPoint” şirkətinin mütəxəssisləri məlumat veriblər.