Saatlı sakini yanğın zamanı xəsarət alıb.
realpress.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Qaranuru kəndində baş verib.
Belə ki, kənd sakini, 1978-ci il təvəllüdlü Məmmədov Ramiz İsa oğlu yanğın zamanı ot tayasının yaxınlığında bağlanmış iribuynuzlu heyvanların kəndirini açmaq istəyib.
Elə bu zaman müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
R.Məmmədov Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olunub.
Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.