Benzin gömrük rüsumundan azad edildi

Benzin gömrük rüsumundan azad edildi
28 Avq 2019 09:27


Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Realpress.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı müvafiq qərara əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin, 95-dən az oktan ədədi ilə avtomobil benzini növləri üçün gömrük rüsumu 15-dən 0 faizə endirilib.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.

Bundan başqa, "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə də dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) üçün aksiz dərəcəsi 1 tona görə 200 manatdan 1 manata endirilib.

Bu qərar da sentyabrın 1-dən tətbiq olunacaq.

17 Sent 2019
İqtisadiyyat

Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib.

17 Sent 2019
İqtisadiyyat

Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"

"Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə bir manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır".

17 Sent 2019
İqtisadiyyat

Bu günə olan VALYUTA MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 17 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

16 Sent 2019
İqtisadiyyat

Arterial təzyiqin düzgün ölçülmə QAYDASI

Arterial təzyiqi ölçən tonometr aparatı hipertoniyanın aşkar edilməsinə kömək edir. Həmin aparatdan düzgün istifadə etməyin qaydası var.