Bakıda dəhşət - Kişiyə 40 manat borca görə işgəncə verdilər

Bakıda dəhşət - Kişiyə 40 manat borca görə işgəncə verdilər
31 Avq 2019 12:37

Bakıda iki nəfər 42 yaşlı kişini döyərək, ona işgəncə verib.

Realpress.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 122, mənzil 4 ünvanında baş verib. 

Nəsimi rayon sakini, 1977-ci il təvəllüdlü Həsənov Azər Əliyyə oğlu Rövşən adlı tanışından 40 manat borc alsa da, onu vaxtında qaytara bilməyib. Nəticədə Rövşənin dostu Elmir adlı şəxs Azər Həsənovu mebel daşımağa kömək etmək adı ilə aldadaraq Rövşənin yaşadığı ünvana aparıb. 

Həmin ünvanda Elmir və Rövşən Azər Həsənovu dəmir parçası ilə döyərək ona ağır işgəncələr verib. 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.


14 Noy 2019
Kriminal

İstanbulda yemək növbəsi gözləyən kişinin güllələnməsi kameraya düşdü - VİDEO

Türkiyənin İstanbul şəhərinin Fateh ərazisində vətəndaşa odlu silahdan atəş açılıb.

7 Noy 2019
Kriminal

Salyan sakini Bakıda “Vinçester”lə adam güllələdi, silahı Kürə atdı - TƏFƏRRÜAT

Salyan sakini Bakıda “Vinçester”lə adam güllələdi, silahı Kürə atdı - TƏFƏRRÜAT

7 Noy 2019
Kriminal

Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi

Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi