Nazirlikdən elektron siqaretlərlə bağlı VACİB XƏBƏR

Nazirlikdən elektron siqaretlərlə bağlı VACİB XƏBƏR
03 Sent 2019 09:21

Son vaxtlar gənclər arasında elektron siqaret aludəçilərinin sayının artması barədə və bunun çox ciddi təhlükə mənbəyi olduğu barədə Ümümdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib. ABŞ-da 200 yaxın insan elektron siqaret çəkmək nəticəsində xəstələnib.

Realpress.az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, xüsusilə gənclər arasında elektron siqaretdən istifadə etmək vərdişi çox sürətlə yayılır: "Bəzən gənclər elə düşünürlər ki, elektron siqaretlər ənənəvi siqaretlərdən daha az zərərlidir. Bəziləri isə bunu siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edir. Əslində isə bu, heç də belə deyil. Tütün dumanlı siqaretlərdən də bahalı olan elektron siqaretlər ürək-damar və onkoloji xəstəliklər riskini artırır".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Lətafət Dadaşova bu barədə deyib: "Elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onların tərkibinə mütləq nikotin daxil edirlər. Elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb".

Elektron siqaretlərdən gənclər arasında daha çox tütünçəkmənin əvvəlində istifadə edildiyini bildirən mərkəzin şöbə müdiri Tofiq Musayevin dediyinə görə, bu, bütün hallarda təhlükə mənbəyi sayılır və tütünçəkmənin dəstəklənməsinə xidmət edir: "Çox vaxt qapalı məkanlarda siqaret çəkməyə icazə verilmədiyindən gənclər elektron siqaretə meyil göstərirlər. Lakin nəzərə almaq lazımdır ki, çox vaxt elektron siqaretləri də, digər ənənəvi siqaretləri də eyni şirkətlər istehsal edirlər. Bu baxımdan, elektron siqaretlərin təhlükəsiz olması barədə deyilənlər sadəcə marketinq siyasətidir".

Xatırladaq ki, 2017-ci il dekabrın 1-dən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırıması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, bütün növ qəlyanlar və elektron siqaretlər də həmin qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.


1 May 2020
Səhiyyə - Sağlamlıq

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha 58 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 38 yeni yoluxma

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Alimlər siçovulun onurğa beynindən və süni əzələlərdən biorobot yaratdılar - FOTO

ABŞ neyrofizioloqları siçovulların onurğa beyni ilə süni şəkildə böyüdülmüş əzələlərin bir parçasını birləşdirib, onları idarə etməyi öyrənərək “biorobot“un prototipini yaradıblar.