Erkən infarktın yaranmasının daha bir səbəbi

Erkən infarktın yaranmasının daha bir səbəbi
05 Sent 2019 12:06


Yeniyetmə yaşlarında artıq çəkiyə malik kişilərin 65 yaşından öncə infarkt keçirmə riski daha yüksəkdir.

Bu barədə Parisdə keçirilən Avropa Kardioloqlar Cəmiyyətinin konqresində İsveçin Geteborq Universitetinin doktoru Mariya Aberq danışıb.

Onun sözlərinə görə, bədən çəkisi indeksinin (BÇİ) 27,5-dən 29,9-dək artması miokard infarktının əmələ gəlməsi riskini 2,64 dəfə, BÇİ-nin 30-dan 34,9 qədər artması isə ürək tutması riskini 3,05 dəfə çoxaldır.

Tədqiqatda 1950-1987-ci illərdə anadan olan 1,7 milyona yaxın yeniyetmə iştirak edib. Onlar 18 yaşında tibbi müayinədən keçərək icbari hərbi xidmətə göndəriliblər. Daha sonra, 1969-cu ildən 2016-cı ilədək nəzarətdə saxlanılıblar. Bu illər ərzində 22,4 min ürək tutması faktı qeydə alınıb. Miokard infarktı orta hesabla 50 yaşında qeydə alınıb.

Artıq çəkinin infarkta səbəb olması ilə bağlı bu araşdırma əvvəlki nəticələri təsdiqləyib. 

M.Aberqin sözlərinə görə, yeniyetmələrdə artıq çəki probleminin artması ilə əlaqədar olaraq, gələcəkdə infarkt və insult göstəriciləri də arta bilər:

"Valideynlər, məktəb rəhbərlikləri və siyasətçilər uşaq və gənclər arasında piylənmə epidemiyasının qarşısını almaq üçün təcili tədbir görməlidirlər".

17 Fev 2020
Maraqlı

SLAYMın bilmədiyiniz təhlükələri - dəridə yaralar, mədə ağrısı, ishal, boğulma…

Uşaq və yeniyetmələr arasında çox populyar olan oyuncaq-antistres slaym sağlamlığa ciddi ziyan vura bilər. Belə nəticəyə istehlakçıların hüquqlarını müdafiə edən müstəqil Witch şirkəti (Böyük Britaniya) gəlib.

17 Fev 2020
Maraqlı

Konor Makqreqor formasında tort hazırladı və məşhur oldu

Konor Makqreqor formasında tort hazırladı və məşhur oldu

15 Fev 2020
Maraqlı

İnsanı xoşbəxt edə biləcək məhsullar açıqlandı

ABŞ-ın Arizona ştatında yerləşən Mayo klinikasının ekspertləri insanın psixi sağlamlığına müsbət təsir göstərən məhsulların siyahısını açıqlayıb.

15 Fev 2020
Maraqlı

Bu bitki olan evdə güvə, gənə, bit, birə olmur

Vətəni cənubi Afrika olan ətirşah Avropaya XVII əsrin axırlarında dekorativ bitki kimi gətirilib.