“Starship” robot arabası tələbələrə yemək çatdıracaq (VİDEO)

“Starship” robot arabası tələbələrə yemək çatdıracaq (VİDEO)
10 Sent 2019 14:19

ABŞ-ın Perdyu Universitetinin "West Lafayette" kampusunda "Starship" şirkətinin altıtəkərli robotlaşdırılmış arabaları istifadəyə verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, məlumata görə, universitet tələbələri "Starship" mobil əlavəsi vasitəsilə yemək sifariş etdikdən sonra avtonom araba onu dərhal təyinat yerinə çatdıracaq. Digər kampuslarda olduğu kimi, çatdırılmanın qiyməti 2 dollar təşkil edir. Hazırda "West Lafayette" "Starship" şirkətinin avtonom robotlaşdırılmış arabalar vasitəsilə qidanın çatdırılması üzrə servisin fəaliyyət göstərdiyi ən böyük tələbə kampusudur.

 

"Starship" gələcəkdə avtonom robotların köməyi ilə yeməyin çatdırılması üzrə servislər şəbəkəsini genişləndirməyi planlaşdırır. Növbəti iki il ərzində ölkə kampuslarında belə robotların sayının bir neçə yüz minə çatacağı gözlənilir.

 

Hazırda robotlaşdırılmış kuryerlərlə yeməyin çatdırılması üzrə "Starship" servisi Corc Meyson və Şimali Arizona universitetlərinin kampusunda da fəaliyyət göstərir. Servisin, həmçinin bu ay Pittsburq Universitetində istifadəyə verilməsi planlaşdırılır.


28 Fev 2020
İT

Google”un ikimərhələli autentifikasiyasını keçən virus aşkar edilib

"ThreatFabric" kibermüdafiə şirkətinin mütəxəssisləri "Cerberus" bank troyanının yeni versiyasının yayılması haqqında məlumat veriblər.

28 Fev 2020
İT

Yeni robot gözdən əlillərə bələdçilik edəcək

IBM” şirkətinin Yaponiya bölməsi görmə qabiliyyətini itirən insanların hərəkət etməsini asanlaşdıracaq robot bələdçi hazırlayıb

28 Fev 2020
İT

Aİ-də vahid sifətin tanınması sistemi yaradılacaq

Avropa İttifaqının hüquq-mühafizə orqanları bütün təşkilat ölkələrini əhatə edən milli polis məlumat bazaları şəbəkəsi qurmağı planlaşdırır.

27 Fev 2020
İT

Dünyanın ən güclü smartfonunun xüsusiyyətləri açıqlanıb

“Xiaomi Black Shark 3” oyun smartfonu ən sürətli reaksiyaya malik ekranla təchiz ediləcək