Azərbaycanda möhtəşəm yenilik: hava temperaturuna uyğun reklam imkanı - VİDEO

Azərbaycanda möhtəşəm yenilik: hava temperaturuna uyğun reklam imkanı - VİDEO
10 Sent 2019 17:03


Dünya araşdırmalarına görə, istehlakçılar üçün ças pik zamanı yolların vəziyyəti və hava proqnozu cəlbedici və faydalı hesab olunan məlumat  sayılır. 

Bu amilləri nəzərə alaraq, reklam agentlikləri və rəqəmsal platforma yaradıcıları istehlakçıların ehtiyac və maraqlarına cavab verən yaradıcı və orijinal reklam yaradırlar. Nəticədə hədəf kütləsinin diqqətini elə yerindəcə və real zaman kəsiyində çəkmək asanlaşır, çatdırılması hədəflənən mesajı rahatlıqla ötürmək mümkün olur.

Ölkəmizin reklam sahəsində ilk dəfə olaraq yeni və tam fərqli formatda reklam - hava temperaturuna uyğunlaşan digital outdoor və digital indoor reklam hazırlanıb, özü də dünyaca məşhur Coca-Cola brendi üçün! Belə ki, bir müddət öncə paytaxtımızın qaynar nöqtələrində və sərnişin avtobuslarında yerləşdirilmiş, hava temperaturunu əks etdirən monitorlarda birdən-birə Coca-Cola reklam videoları görünməyə başlayıb. 

Azərbaycan reklam bazarında isə çöl reklamında bu növ hədəfləməni ilk dəfə olaraq Adviad platforması təklif edir. Adviad, platformaya qoşulmuş bütün rəqəmsal mənbələrdə eyni vaxtda bir reklam mesajı yaymağa imkan verən rəqəmsal platformadır. Yerli veb saytlarla yanaşı, platforma, internet bağlantısı olan ticarət mərkəzlərində, nəqliyyatda, şəhərdəki monitorlarda, həmçinin, Facebook, Instagram, Google-da reklamları qoşulub.

Azərbaycanda Coca-Cola üçün Adviad platformasının imkanlarını təklif edən və həyata keçirən ilk reklam agentliyi Universal McCann Azərbaycandır. Coca-Cola reklam dünyasında yaradıcı, strateji və innovativ yanaşması ilə məşhurdur və buna görə Agentliyin təşəbbüsü böyük maraqla qəbul edildi. Kampaniyanın məqsədi istehlakçıya Coca-Cola məhsulunun soyuq halda içilməsi ilə bağlı idi, çünki yalnız müəyyən bir temperaturda içki daha dadlı olur.

Yaxşı, bəs hansı həll təklif edildi və bu layihə necə həyata keçirildi?

Agentlik "Daha soyuq, daha dadlı" reklam mesajı və real vaxt hava proqnozunun birləşdirildiyi bir video hazırladı. Video, şəhər mərkəzində yerləşən avtobuslarda və LED monitorlarda, havanın temperaturunun 26 ° C-dən yuxarı qalxması ilə eyni vaxtda, bütün planlaşdırılan mediada reklam mesajı nümayiş olundu, beləliklə istehlakçıları sevimli içki istifadə edərək sərinləməyə və təravətlənməyə dəvət etdi.

İlkin hesablamalara görə, ümumilikdə reklam mesajının 36 mindən çox insana çatacağı gözlənilir. Və bu hədd deyil. Bu nəticə Adviad platformasının “digital outdoor” sahəsində böyük perspektivlərini göstərir. Bu platformanın imkanları sayəsində reklamverənlər reklam mesajlarını istehlakçılara "burada və indi" (lazımi vaxtda, lazımi yerdə) çatdırmaq üçün böyük üstünlüklər əldə edəcək və bununla da tələb və satışa təkan verəcək.

Platforma və onun imkanları haqqında ətraflı məlumatı rəsmi veb saytdan ala bilərsiniz - www.adviad.com və ya +994 55 511 01 54 telefonu ilə əlaqə saxlaya bilərsiniz.

Adviad platforması 2019-cu ilin aprel ayından fəaliyyət göstərir. Platformanın əsas məqsədi bir çox reklam kanalını vahid pəncərədə birləşdirərək agentliklərin və markaların işini asanlaşdırmaqdır. Şirkət direktoru Rasim Davudov marketinq sahəsində 15 ildən çox təcrübəyə malikdir və eyni zamanda Azərbaycanda aparıcı rəqəmsal agentlik olan New Media-nın baş direktorudur.

2011-ci ildə yaradılan Universal McCann Azərbaycan Agentliyi, Azərbaycan bazarındakı əsas şəbəkə Media agentlikləri arasında liderdir. Hər növ media xidmətləri təqdim edir. Müştərilərin portfelinə Coca-Cola, Unilever, Toyota, Dogadan, PINAR və digər qlobal və yerli markalar daxildir.

Şirkət ünvanı: UM Azərbaycan

Passage 1901, N. Rəfibəyli küçəsi 12/14, Bakı, AZ 1001

T: +99412 492 35 35


28 May 2020
Cəmiyyət

Almaniya səfiri: “Respublika günün mübarək, Azərbaycan!”

Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. 

28 May 2020
Cəmiyyət

Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - RƏSMİ

V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək. Müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun balı əsasında aparılacaq.

28 May 2020
Cəmiyyət

Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak etdi - VİDEO/FOTO

Hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının üçüncü müalicə korpusunun açılış mərasimi keçirilib.

28 May 2020
Cəmiyyət

Respublika günü ilə bağlı Bakı Limanından maraqlı aksiya - FOTO/VİDEO

28 May - Respublika Günü ilə əlaqədar olaraq Bakı Limanının quru yük terminalında 54 konteynerdən istifadə olunaraq “Azərbaycan” sözü yazılıb.

28 May 2020
Cəmiyyət

Beyləqanda top mərmiləri aşkarlandı - FOTO

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində yerləşən Dəmiryol vağzalının yaxınlığında top mərmisinin tapılması barədə məlumat daxil olub.